Qulaqdibi xəstəliyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Qulaqdibi xəstəliyi, parotit, xanazır
5 yaşlı uşaqda müşayiət olunan tipik qulaqdibi vəzinin şişməsi
5 yaşlı uşaqda müşayiət olunan tipik qulaqdibi vəzinin şişməsi
XBT-10 B26.
XBT-10-KM B26.9, B26
XBT-9 072
XBT-9-KM 072[1][2]
DiseasesDB 8449
MedlinePlus 001557
eMedicine emerg/324 
MeSH D009107
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qulaqdibi xəstəliyi və ya parotitviruslar vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlik. Əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Parotit (svinka , qulaq arxasındakı ; lat. parotitis epidemica, q.yun. παρα- - yanında , yaxınında, q.yun. οὖς isə - qulaq mənasına gəlir) - vəzi orqanlarında (tüpürcək vəzilər , pankreas, testislər) paramiksovirus vasitəsilə törədilən kəskin yoluxucu xəstəlikdir."Epidemik parotit " adı köhnəlmiş ad hesab olunur. Hal-hazırda bu xəstəliyi sadəcə parotit adlandırırlar. Latın dilində qulaq yanı vəz glandula parotidea , onun iltihabı isə parotit adlanır ki , xəstəliyin adı da buradan gəlir. Ən çox 3 yaşdan 15 yaşa qədər uşaqlar bu xəstəliyə məruz qalırlar

İnfeksiya hava – damcı yolu ilə (öskürərkən, asqırarkən, danışarkən)yayılır.

Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10–18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.

Parotit virusu

.== Qulaqdibinin ilkin əlamətləri ==

  • Halsızlıq və hərarət;
  • Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı;
  • Qulaqətrafı nahiyədə şişlik.

Paramiksovirus ailəsinin Rubulavirus cinsindən olan MuV tərkibli RNT virusu. Parotit xəstəliyinin törədicisi ilk dəfə 1934-cü ildə E. Qudpasture və K. Conson tərəfindən təcrid olunmuş və tədqiq edilmişdir. Polimorf, yuvarlaq virionların diametri 120-300 nm-dir. Tək zəncirli və parçalanmamış mənfi RNT superkapsid qabığının H-, N- və F- zülalları da daxil olmaqla 8 zülal kodlayır. Virus hemaqlütinasiya, neyraminidaza və hemolitik aktivliyə malikdir. Virus toyuqların, ördəklərin, qvineya donuzlarının, itlərin və s. qırmızı qan hüceyrələrini aqlütinləşdirir. Laboratoriya şəraitində 7-8 günlük toyuq embrionlarında və hüceyrə kulturalarında virusu formalaşdırmaq olur. Qvineya donuzları, meymunlar, Suriya hamsterləri və toyuq embrion fibroblastlarından alınan böyrək hüceyrələrinin ilkin tripsinləşdirilmiş kulturaları virusa həssasdır. Laboratoriya heyvanları parotit virusuna qarşı həssasdır. Yalnız meymunlarda insan parotitinə bənzər bir xəstəlik törətmək mümkündür. Virus qeyri-sabitdir, istilik, ultrabənövşəyi şüalanma, yağ həllediciləri ilə təmasda, 2% formalin məhlulu, 1% lizol məhlulu ilə təsirsizləşir. Virusun zəiflədilmiş ştammı (L-3) canlı peyvənd kimi istifadə olunur. Virusun antigen strukturu sabitdir. Tərkibində neytrallaşdırıcı və komplement fiksasiya edən antikorların əmələ gəlməsinə səbəb ola biləcək antigenlər, həmçinin intradermal testin aparılması üçün istifadə oluna bilən allergen var.

Parotitə bir dəfə yoluxduqdan sonra əksər hallarda insanda ömürlük immunitet yaranır , lakin təkrarlanan parotit infeksiyalarına da rast gəlmək mümkündür.

Xəstəliyin gedişatı

[redaktə | mənbəni redaktə et]

İnkubasiya dövrü (infeksiya anından simptomların inkişafına qədər olan müddət) 11-23 gün olaraq müəyyən edilmişdir, əsəriyyət hallarda isə 13-19 gün olur. Bəzi insanlar 1-2 gün ərzində prodromal hadisələrlə qarşılaşırlar (zəiflik, nasazlıq, əzələ ağrısı, baş ağrıları, titrəmə, yuxu və iştahın pozulması). Xəstəlik irəlilədikcə simptomlar daha qabarıq şəkildə özünü göstərir və tüpürcək bezlərinin zədələnməsi əlamətləri meydana gəlir: ağız quruluğu, qulaq nahiyəsində ağrı, çeynəmə və danışmada çətinlik. Təsnifatı A. Manifest formaları:

  • Sadə : yalnız bir və ya daha artıq tüpürcək vəzilərinin zədələnməsi,
  • Mürəkkəb: tüpürcək vəzilərinin və digər orqanların zədələnməsi (meningit, meninqoensefalit, pankreatit, orxit, epididimit, mastit, miokardit, artrit, nefrit).

Ağırlıq dərəcəsinə görə :

  • Yüngül (silinmiş və atipik daxil olmaqla): subfebril bədən istiliyi ilə, komplikasiya olmadan və ya yüngül intoksikasiya əlamətləri ilə baş verən;
  • Orta ağır : uzun müddət davam edən qızdırma (38-39,9 ° C) və ümumi intoksikasiyanın ağır simptomları (üşütmə, baş ağrısı, artralji və miyalji), tüpürcək vəzilərinin əhəmiyyətli dərəcədə böyüməsi , əsasən ikitərəfli parotit ağırlaşmalarının olması;
  • Ağır : yüksək temperaturunun (40 ° C və yuxarı) uzunmüddətli və artaraq (2 həftəyə qədər və ya daha çox) müşahidə olunması , ümumi intoksikasiyanın açıq əlamətləri (asteniya, ağır zəiflik, taxikardiya, qan təzyiqinin azalması, yuxu pozğunluğu, anoreksiya və s.) .

B. İnfeksiyanın görünməz forması. Epidemik parotitlərin B. Qalıq hadisələri.

  • testis atrofiyası;
  • sonsuzluq;
  • diabet;
  • karlıq, mərkəzi sinir sisteminin disfunksiyası
Hərarət  1-2-ci günlərdə maksimum  həddə çatır və 4-7 gün davam edir. Tüpürcək vəziləri zədələnir : vəz  nahiyələri  ağrılı olur. Ağrı bəzi nöqtələrdə daha aydın şəkildə hiss  olunur: qulaq məmələrinin  önündə və  arxasında (Filatovun ağrı nöqtələri) və mastoid bölgəsində. Mursu simptomu, təsirlənmiş parotid vezilərinin  ifrazat kanalı sahəsindəki selikli qişanın iltihablı reaksiyasıdır. Üzərindəki dəri gərilmiş, parlaq olur  və şişlik boyun nahiyəsinə yayıla bilir. 3 gün ərzində xəstəlik maksimum şiddətlənir , 2-3 gün davam edir və tədricən (7-10 gündən ərzində) azalır.

Epidemik parotitın nəticələri adətən ürəkaçan olur , ölüm hallarına nadir rast gəlinir (100.000- də 1), lakin sonradan sonsuzluqla müşayiət olunan karlıq və testis atrofiyası risklərini də gözardı etmək olmaz.

Diaqnozun qoyulması

[redaktə | mənbəni redaktə et]

Diaqnozu təsdiqləmək üçün laboratoriya üsullarından ən əlverişli olanları parotit virusunun qandan, faringeal çubuqlardan, tüpürcək vəzinin sekresiyalarından, serebrospinal mayedən və sidikdən təcrid edilməsidir. İmmunofluoresan üsullar hüceyrələrdə olan virusları 2-3 gün ərzində aşkar etməyə imkan verir (standart tədqiqat metodu ilə isə bu yalnız 6 gündən sonra). İmmunofluoressensiya üsulu birbaşa nazofarenksin hüceyrələrində viral antigeni aşkar etməyə imkan verir ki, bu da cavabın əldə olunması üçün ən tez variantdır.

Seroloji üsulla vasitəsilə  antikor titrində artımı yalnız xəstəliyin başlanğıcından 1-3 həftə sonra aşkar edilə bilər.  Bu zaman müxtəlif üsullardan istifadə olunur. Ən çox məlumat verən fermentlə əlaqəli immunosorbent analizidir; Cütlənmiş serumlar müayinə olunur: birinci dəfə  xəstəliyin başlanğıcında, ikinci dəfə isə yoluxmadan 2-4 həftədən sonra alınır. Titerin 4 dəfə və ya daha çox artması diaqnostik hesab olunur. Antigen (allergen) ilə intradermal testdən istifadə edilə bilər. Mənfi testin müsbətə keçməsi diaqnostik hesab olunur. Dəri testi artıq xəstəliyin ilk günlərində müsbətdirsə, bu, insanın əvvəllər parotitdən əziyyət çəkdiyini göstərir.

Parotit olan insanlar evdə müalicə edilə bilərlər .Lakin xəstəliyin ağır formaları müşayiət olunan xəstələr epidemioloji göstəricilərə görə xəstəxanaya yerləşdirilirlər. Xəstələr 9 gün ərzində ev şəraitində qalmalıdırlar. Parotit xəstəliyinin aşkarlandığı uşaq müəssisələrində 21 gün müddətinə karantin tətbiq edilir. Parotit olan ərazilərdə dezinfeksiya aparılmır. Etiotropik müalicəsi mövcud deyildir. Müalicənin vacib məqsədi ağırlaşmaların qarşısını almaqdır. Ən azı 10 gün yataq istirahətinə riayət etmək vacibdir. 1-ci həftə ərzində yataq rejiminə əməl etməyən insanlarda orxit xəstəliyi ilk 3 günündə xəstəxanaya yerləşdirilən insanlardan (26%) 3 dəfə çox (75%) inkişaf etmişdir. Pankreatitin qarşısını almaq üçün müəyyən bir pəhrizə riayət etmək lazımdır: həddindən artıq yeməkdən qaçmaq ,ağ çörək, makaron, yağlar, kələm miqdarını azaltmaq tələb olunur . Pəhriz əsasən süd-tərəvəz qidaları ilə aparılmalıdır. Düyü, qara çörək və kartof yemək də məsləhət görülür. Orxit üçün 40-60 mq-dan başlayaraq hər gün dozanı 5 mq azaldaraq 5-7 gün ərzində prednizolon və ya ekvivalent dozalarda digər kortikosteroidlər təyin etməklazımdır. Parotit meningitinin gedişatına az miqdarda onurğa beyni mayesinin çıxarılması ilə onurğa ponksiyonuna müsbət təsir göstərir. Orta dərəcədə susuzlaşdırma müalicəsi müəyyən əhəmiyyət kəsb edir. Kəskin pankreatitdə maye yumşaq pəhriz, atropin, papaverin, mədədə soyuqdəymə - aminazin, həmçinin fermentləri inhibə edən dərmanlar, xüsusən də venadaxili (az miqdarda ) bir qlükoza tətbiq olunan kontrikal (trasilol); məhlul şəklində , ilk gün 50.000 vahid, sonra 3 gün 25.000 vahid/gün və digər 5 gün 15.000 vahid/gün. Yerli - istiləşdirmə kompresləri tətbiq olunur.

Profilaktikası

[redaktə | mənbəni redaktə et]

Parotit peyvəndi xəstəliyin qarşısını almaq üçün ən təhlükəsiz yol hesab olunur. Əksər hallarda peyvənd əhali arasında fəsadları xeyli azaldır. Əhalinin peyvənd nisbəti 90% olduqda, effektivlik 85% -ə qədər çatır. Uzunmüddətli profilaktika üçün iki doza tələb olunur. İlk doza 12 ilə 18 ay arasında tətbiq olunur . İkinci doza isə adətən iki ilə altı yaş arasında verilir. İnfeksiyadan sonra da peyvənd hələ immuniteti yaranmayanlar üçün faydalı ola bilər. Rusiya milli peyvənd təqviminə uyğun olaraq parotit əleyhinə peyvənd 12 aylıq dövrdə qızılca, məxmərək və parotit əleyhinə kombinə edilmiş canlı peyvənddən istifadə etməklə, təkrar peyvənd isə altı yaşında aparılır.

=İlk yardım qaydaları

[redaktə | mənbəni redaktə et]
  • Yaranan şişin üzərinə isti kompres qoyulmalı
  • Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı
  • Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı
  • Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

Parotit peyvəndi çox təhlükəsizdir və yan təsirləri adətən yüngül olur. Peyvənd yüngül ağrıya, inyeksiya yerində şişməyə və yüngül hərarətə səbəb ola bilər. Daha kəskin yan təsirlərinə isə nadir rast gəlinir. Peyvənd və nevroloji ağırlaşmalar arasında əlaqənin kifayət qədər sübutu yoxdur. Lakin , hamilə qadınlara və ya ağır immunosupressiyaya məruz qalmış şəxslərə vurulmamalıdır. Peyvəndin toyuq hüceyrələri əsasında hazırlanmasına baxmayaraq yumurta allergiyası olan şəxslərə tətbiqi üçün təsdiq edilmişdir.

Əksər inkişaf etmiş və bir çox inkişaf etməkdə olan ölkələr bu peyvəndi öz immunizasiya proqramlarına çox vaxt qızılca-məxmərək peyvəndi ilə birlikdə MMR kombinasiyalı peyvəndi kimi daxil edirlər. MMRV adı altında yuxarıda göstərilən üç peyvəndi və suçiçəyi vaksinini ehtiva edən kombinasiyalı peyvənd mövcuddur. 2005-ci ilə qədər 110 ölkədə bu peyvənd edilmiş, demək olar ki, 500 milyon MMR dozası tətbiq edilmişdir. Peyvəndin geniş istifadə edildiyi bölgələrdə xəstələnmə nisbətləri 90%-dən çox azalmışdır.

Tarix, cəmiyyət və mədəniyyət

[redaktə | mənbəni redaktə et]

İlk parotit peyvəndi 1948-ci ildə lisenziyalaşdırılmış , lakin qısamüddətli immunitetə səbəb olduğu üçün aşağı epidemioloji effektivliyə malik olmuşdur. Təkmilləşdirilmiş peyvəndlər 1960-cı illərdə kommersiyaya təqdim edildi. İlk olaraq təsirsiz hala gətirilmiş, sonrakılarda isə zəifləmiş canlı virus tərkibli peyvəndlərdən istifadə edilmişdir. Peyvənd Ümumdünya Səhiyyə Təşkilatının əsas dərmanlar siyahısındadır. Bu peyvənd əsas səhiyyə sistemini qurmaq üçün lazım olan həyati bir dərmandır. 2007-ci ildən etibarən müxtəlif növ peyvəndlərdən istifadə olunur.

  • Yaranan şişin üzərinə isti kompres qoyulmalı
  • Xəstəni digər ailə üzvlərindən ayrı saxlamalı
  • Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı
  • Bir faktı da qeyd etmək vacibdir ki, xəstəliyin kişilərdə sonsuzluğa səbəb olan fəsadlar törətmə qabilliyəti olduğundan mütləq həkimə müraciət etmək vacibdir.
  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.