Üştibin
Üştibin | |
---|---|
38°53′ şm. e. 46°29′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 3.620 m |
Vikianbarda əlaqəli mediafayllar |
Üştibin (fars. اوشتبين) — Şərqi Azərbaycan ostanının Culfa şəhristanında kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Üştibin kəndi Cənubi Azərbaycanın tarixi kəndlərindən biridir.
Kəndin məşhur şəxslərindən Seyid Əbülqasım Nəbati yazırdı:
Səfheyi-aləmdə bir dürri-nihandır Üştibin,
Vəznə gəlməz, çəkmək olmaz, çox girandır Üştibin.
Baş çəkib ərşi-bərinə dörd tərəfdən dağlər,
Filhəqiqət ləngəri-kövnü məkandır Üştibin.
Səddi-İsgəndər kimi hər bürcü bir hisni-həsin,
Dideyi-bədxahə bir tiri-kəmandır Üştibin.
Xoşsəliqə hər yeri, xəlqi sərasər mehriban,
Dilləri tati, vəli, şirinzəbandır Üştibin.
Allah abad eyləsin, abü havası canfəza,
Qalibi-insanə bir ruhi-rəvandır Üştibin.
Hakim olmuş onda ta Mirzə Səlimi-kamikar,
Ol səbəbdən xəlqə bir darül-əmandır Üştibin.
Maşaallah, gör nə yaxşı boy çəkmiş sərvlər,
Cənnəti-Şəddad ya baği-cinandır Üştibin.
Narının hər danəsi yaqut, ya lə’li-Yəmən,
Müxtəsər, bir gənc ya bir bəlli kandır Üştibin.
Suyunu hər kimsə içsə, istəməz abi-həyat,
Ondan ötrü Xizr tək gözdən nihandır Üştibin.
Görmüşəm həm Əsgəranı, Qırçını, Ağdamları,
Onların yanında bir sultanü xandır Üştibin.
Gəzmişəm Hindarxını, həm Bərdəni seyr etmişəm,
Hər biri bir çöl, vəli, bir busitandır Üştibin.
Vermərəm külli-cahanə bir Hərasın seyrini,
Qıl təmaşa, gör nə göyçək, xoş məkandır Üştibin!
Doğrusu, yaylağının vəsfində aciz qalmışam,
Bilmərəm, baği-Irəm, ya gülsitandır Üştibin.
Bir-biri üstündə damlar, yaxşı ali köşklər,
Bəs deyərsən Lənkəran, ya Salyandır Üştibin.
Verginən dildarımı, et ahü zarımdan həzər,
Rəhmə gəl, insafə gəl, bəsdir, amandır, Üştibin!
Bir qonaq-nisbət Nəbati səndə beş gün əyləşib,
Hörmətin saxla ki, o bir Xançobandır, Üştibin.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2006-cı il məlumatına görə kənddə 653 nəfər yaşayır (145 ailə).[2]
Məşhur şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yuxarıda get: 1 2 GeoNames (ing.). 2005.
- ↑ "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |