Culfa şəhristanı

Bu məqalə Culfa şəhristanı haqqındadır. Digər mənalar üçün Culfa səhifəsinə baxın.

Culfa şəhristanıİranın Şərqi Azərbaycan ostanının 21 şəhristanlarından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Culfa şəhəridir.

Culfa şəhristanı
38°51′ şm. e. 45°48′ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 61.358 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Culfa şəhristanı xəritədə
Culfa şəhristanı
Culfa şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Culfa şəhristanının Şərqi Azərbaycan ostanındakı yerləşimi

Şəhristan Azərbaycan Respublikası ilə (əsasən Naxçıvan Muxtar Respublikasının Babək, CulfaOrdubad rayonlarıyla; çox kiçik bir hissəsi Qarabağ bölgəsiylə, Zəngilan rayonuyla), və Ermənistanın Sünik mərzi ilə (Ermənistan-İran sərhədinin tamamı bu bölgədən keçir) həmsərhəddir.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Araz çayının Culfadan keçən hissəsi

Culfa bölgəsi Şərqi Azərbaycan ostanının şimal-qərb hissəsində Kəmçi dağının şimalında və Araz çayının güneyində yerləşir. Cənubdan MərəndVərziqan, şərqdən Kəleybər, qərbdən Ərəbçölü bölgələri və şimaldan Azərbaycan (Ordubad, CulfaBabək rayonları) və Ermənistan (Meğri rayonu) respublikaları ilə həmsərhəddir. Bölgənin gəzməli-dolanmalı kəndlərindən Duzal, Nücəmehir, Kürdəşt,Üştibin və sairə yaşayış yerlərini örnək göstərmək olar.[2]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]
Naxırçı kilsəsi
Kürdəşt hamamı
Müqəddəs Stepanos monastırı
  • Dadaşzadə hamamı
  • Naxırçı kilsəsi
  • Sənt-Stepanus kilsəsi
  • Ziyaülmülk naxçıvanı körpüsü(Azərbaycanın Naxçıvan Muxtar Respublikasıilə sərhəddə yerləşir
  • Duzal kəndində imamzadə şüəyb türbəsi
  • İmamzadə məhəmməd türbəsi
  • Üştibin kəndi
  • Kürdəşt hamamı[3]
  • Kürdəşt qalası
  • Nənə Məryəm kilsəsi
  • Xoca Nəzər karvansarası
  • Əlibəy qalası
  • Müqəddəs Məryəm kilsəsi
  • Xoca Yaqub türbəsi
  • İmamzadə seyid ibrahim türbəsi[4]

Culfa bölgəsinin milli tərkibi tamamilə azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Əhalisi şiə inanclıdır. Bölgədə yaşayanlar əsasən əkinçilik, davar saxlamaq və Azərbaycan respublikası ilə ticarət etməkdən dolanırlar.[5]

  • Qurud-qəlyə aşı
  • Qurudlu küftə[6]

Culfa şəhristanının şəhərləri

[redaktə | mənbəni redaktə et]

Culfa şəhristanının bəxşləri

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi bəxşi
  • İnzibati mərkəzi: Culfa; digər şəhəri: Gərgər-Ələmdar (Hadişəhr)
  • DEHİSTANLARI:
    • Dəran dehistanı
      • KƏNDLƏRİ: Əfşar, Əhmədabad, Əlvan, Dəran, Mərazad, Məzrayə-i Məncanabad
    • Ersi dehistanı
      • KƏNDLƏRİ: Ersi, Livarcan, Novşirəvan, Qışlaq, Siyahsəran, Zəviyə
    • Şuca dehistanı
      • KƏNDLƏRİ: Ağbulaq, Gülfərəc, Heydərabad, Kiliddağı, Qarabulaq, Sərkeş, Şahmar, Şuca, Silgərd, Talıbqulu, Təzəkənd
  • Siyahrud bəxşi
  • İnzibati mərkəzi: Siəh Rud
  • DEHİSTANLARI:
    • Dizmar-i Qərbi dehistanı
      • KƏNDLƏRİ: Hələq, İri-yi Süfla, Komar-i Ülya, Komar-i Süfla, Vədiq
    • Novcamehr dehistanı
      • KƏNDLƏRİ: Əlifabad, Əniq, Əqan, Dostaşina, Duzal, Elsevən, Kürdəşt, Müsən, Miyanə-i Kürd Əhməd, Nəmnəq, Nəzərkəndi, Novcamehr, Nurdüz, Uruc, Pəhnavar, Pirbulaq, Qaradərə, Qaraçı-i Mədən, Qışlaq-i Ərəmanə, Qışlaq-i Nuaki, Qulan, Təlkəri, Üştibin

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]