Əbülqasım Nəbati

Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi.[1] Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var.

Əbülqasim Nəbati
Doğum tarixi 1812
Doğum yeri
Vəfat tarixi 1873
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Əbülqasim Nəbati Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.

Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir.

Seyid Əbülqasım Nəbatinin türbəsi, Üştibin, Qaradağ vilayəti, Foto Ənvər Çingizoğlunundur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunmuşdur. Bundan bir neçə il sonra 7500 misradan ibarət "Nəbati" divanı işıq üzü görmüşdür. Bu divanındakı şeirlərin yarısı Azərbaycan türkcəsində, yarısı farscadır. Ancaq Nəbatinin heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməmişdir. Bu əsərlər isə Nəbati yaradıcılığının ən gözəl örnəklərindəndir. Xalq poeziyası ruhunda yazdığı bəzi şeirlərində Nəbati "Xançobanı" təxəllüsündən də istifadə edib. Ehtimallara görə, XVIII əsrdə "Xançobanl" adlı bir şair də yaşamış və onun adıyla bağlı "Xançobanı" dastanı yaranmışdır. Nəbatinin həyatı bu dastanla səsləşir. Odur ki, adətən Xançobanına aid edilən və bir mahnı kimi də xalq arasında çox məşhur olan "Apardı sellər Saranı" şerinin də müəllifi Nəbati sayılır.

Nəbati qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirika onun şeirlərinin hamısı üçün səciyyəvidir. Nəbati aydın cinas qafiyələrdən ibarət təcnislər də yazmışdır: "Gözlər nə gözlər", "O üz bu üzə" və s. Nəbati qoşmaları öz lakonikliyi ilə seçilir.

Şair keçirdiyi mənəvi böhranları "Ləngəm", "Nədir" rədifli qəzəllərində təsvir etmişdir. Onun məhəbbət mövzulu qəzəlləri də var.

  1. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]