Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası (ing. Confederation of South African Workers' Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Konfederasiyanın yaranması 2003-cü il mart ayının 8-də keçirilən Milli Şuranın konfransında təsdiqlənmişdir.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Hazırda təşkilatın tabeçiliyində 27 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 290 min üzvü özündə cəmləşdirir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Konfederasiya iş yerlərində mövcud olan ayrı-seçkiliklərə qarşı mübarizə aparır.
Konfederasiyanın siyasəti iş yerlərində ekspluatasiya, diskriminasiya və ayrı-seçkiliyi aradan qaldırmaq prinsipləri üzərində qurulub. Bununla yanaşı, təşkilat hər zaman işçilərin iqtisadi-sosial durumunda bərabərliyi tənzimləmək üçün əlindən gələni edir.
Rəhbərləri
[redaktə | mənbəni redaktə et]Hazırda təşkilata Joel Mfinqvana rəhbərlik edir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Afaq HÜSEYNOVA. Cənubi Afrika Həmkarlar İttifaqları[ölü keçid]. "Ülfət" qəzeti, 5 oktyabr 2012-ci il. (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- consawu.co.za — Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytı