Kaviria tomentosa

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Kaviria tomentosa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kaviria tomentosa (lat. Kaviria tomentosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kaviria cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Gövdəsi və yarpaqları uzun və bozumtul tüklərlə örtülü olan, əsasından güclü budaqlanan, 20-50 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15 mm uzunluqda, 1-2 mm enində, xətvari, yarımsilindrikdir. Çiçəkyanlığının yarpaqcıqları bitişikdir, düz, uzun tüklərlə örtülüdür. Meyvələmədə çiçəkyanlığı ilə birlikdə 6-8 mm dimaetrində olan narıncı, sonradan qaralan, qanadları böyrəkvari və ya tərs-yumurtavaridir. Tozluğu lansetvari, yumşaq, tezqopan, çıxıntılıdır. Dişicik ağzı demək olar ki, sütuncuğa bərabər, bizvaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə - meyvə əmələgətirmə dövrü may-oktyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Dağətəyində, şorakər torpaqlarda taxıllı-şorangəlik qruplaşmaları əmələ gətirir.

Naxçıvan düzənliyi (Culfa rayonu-Darıdağ ətrafı, Babək rayonu - Böyükdüz kəndi ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyasında növlərin sayı azalır, yaşama ərazisi məhdudlaşır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (otarılma, tapdalanma).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.