Koreya zirinci

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Koreya zirinci
Elmi təsnifat
Beynəlxalq elmi adı

Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Koreyada geniş əraziləri əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır. 10-25 ədəd çiçəyi möhkəm salxımlara yığılmışdır. Meyvələri oval, al-qırmızıdır (qonur çalarlı), uzun müddət budaqlarda qalır, sentyabr-oktyabrda yetişir. 5 yaşından başlayaraq hər il çiçəkləyir və meyvə verir. Toxumlarla və bəzən yaşıl qələmlərlə çoxaldır.

Quraqlığa və qışadavamlıdır. Yaxşı işıqlı yerlərdə bitməyə üstünlük verir, torpağa tələbkar deyil. Çox budanmanı yaxşı keçirir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda park və bağlarda mədəni şəraitdə becərilir.

Çiçəkləmə və meyvəvermə dövründə çox gözəl olur. Tək əkinlərdə, qazonda, dekorativ qruplarda, canlı çəpərlər salınmasında çox effektlidir.