Müslüm Gürsəs

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müslüm Gürsəs
türk. Müslüm Gürses
Ümumi məlumatlar
Doğum adı Müslüm Akbaş
Doğum tarixi 7 may 1953(1953-05-07)[1][2]
Doğum yeri
Vəfat tarixi 3 mart 2013(2013-03-03)[1][2] (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktyor, kino aktyoru, musiqiçi, səsyazma sənətçisi[d], televiziya aktyoru
Fəaliyyət illəri 1975-ci ildən
Janr Türkiyə xalq musiqisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953[1][2], Halfeti[d], Şanlıurfa ili3 mart 2013[1][2], İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi.

5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu.

Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb.

Sənətdə ilk illəri

[redaktə | mənbəni redaktə et]

Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir:

" Sadəcə ibtidai məktəb bitirmişəm.Adanada damda yatarkən uzun hava oxudum.Dostum Xalq evine gedirdi.Mən də getmək qərarına.Sonda Çukurova Radiosunda müğənni oldum. "

Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.

1967-ci ildən etibarğn TRT-Adana-Çukurova Radiosunda da hər həftə Şənbə günü canlı olarak türkülər oxuyurdu.1968-ci ildən etibarən bazara ilk 45-lik albomu çıxmağa başladı.İlk albomu 1968 tarixli "Əmmioğlu/Ovada Daşa Basma" albomudur və Ömür Albom şirkətinin məhsuludur. Ömür Albom Şirkəti ilə cəmi 4ədəd 45-lik albom hazırladı.

İstanbula gələn Gürsəs, Səlahəddin Sarıqayanın sahibi olduğu Sarıqaya Albom şirkəti ilə 2 ədəd 45-lik albom hazırladı: "Geyin Hazırlaş Səlvi Boylum/Həyatımı Sən Məhv etdin" ile "Getmə Gəl Gəl/Haram Eşq ".

Daha sonra 1969-cu ildə yenə İstanbulda Palandökən firması ilə çıxış parçası olan "Sevda Yüklü Karvanlar" da daxik olan "Sevda Yüklü Karvanlar/Vurma Gözəl Vurma" adlı 45-lik albomu çıxardı. Bu albim tam 300.000 ədəd satılaraq rekorf qırmışdır.

Gürsəs, bu albomdan sonra əskərliyə getdi, təkrar İstanbula gələrək eyni firmada albomlarını çıxarmağa devam etdi. Palandökən firması ilə tam 13, sonra Bestefon firması ilə tam 4, daha sonra Hülya Albom Şirkəti ilə 15 ve nəhayət Çın Çın Albom Şirkəti ilə 2 ədəd 45-lik albom hazırladı.

Dinləyici kütləsi

[redaktə | mənbəni redaktə et]

Müslüm Gürsəsin dinləyici kütləsi bir çox araştırmaya mövzu olmuşdur.Bu mövzuda doktorluq dissertasiyaları belə yazılmışdır: (Məsələn 2002/ Bağlam Mətbəəsi: Canər Işıq / Nuran Erol , "Ara musqisinin anlam dünyası və Müslüm Gürsəs").

1999-cu ildə Müslüm Gürsəsin o zamanda 15 il boyu albomlarını çıxartdığı Elenor Albom firması ilə yollarını ayırdı.

2006-ci ildə Gönül Təknəm adlı albomu Seyhan Musiqi Şirkəti etiketi ilə rəflərdəki yerini almışdır. Gürsəsin 2006-da yazar Muradxan Munqan ilə ortaq proyekti olan “Eşq Təsadüfləri Sevər” Pasaj Musiqi Şirkəti etiketi ilə musiqi marketlərindəki yerini aldı. Munqanın sözlərini yazdığı, David Boviedən Qarbaqeyə, Leonard Cohendən Ceyn Birkinə qədər bir çox xarici musiqiçinin bəstələdiyi musiqiləri səsləndirdi.Sonra 2009-cu ildə yenə eynə firmadan yaxşı bir albom olan "Sandıq" ilə Müslüm Gürsəs səhnələrə geri döndü.

2010-cu ildə noyabr ayında yenidən Pasaj Musiqi Şirkəti ilə "Yalan Dünya" adlı bir alboma imza atmışdır.

Müslüm Gürsəs, 15 Noyabr 2012-ci il Cümə axşamı günü Memorial Xəstəxanasında keçirtdiyi by-pass əməliyyatından sonra ağciyər və ürək çatışmazlığından reanimasiyaya göndərildi. Ona süni nəfəs cihazı bağlandı. Gürsəs, 3 Mart 2013-cü ildə təxminən dört aydır müalicə aldığı İstanbul Memorial Xəstəxanasında dünyasını dəyişdi. 4 Mart 2013-cü ildə Təşvikiyə məscidində qılınan cənazə namazının ardından Zəncirliquyu qəbristanlığında dəfn edildi.

Müslüm Gürsəs 39 filmdə oynamışdır. Bu filmlər aşağıdakılardır:

  1. Üsyankar - 1979
  2. Bağrı Yanıq - 1980
  3. Etirazım Var - 1980
  4. Həsrət - 1980
  5. Qul Sevdası - 1980
  6. Zeytun Gözlüm - 1980
  7. Sevincli Ol Yetər - 1981
  8. Anlada bilmədim- 1983
  9. Ağlatdı Fələk - 1984
  10. Bir Ulduz Yaranır - 1984
  11. Çarə Səndə Allahım - 1984
  12. Qəriblər - 1984
  13. Sev Yetər - 1984
  14. Güldür Üzümü - 1985
  15. Əkizler - 1985
  16. Qul Quldan Betər - 1985
  17. Yarana bilmədim- 1985
  18. Bələşçiler - 1986
  19. Çığlıq - 1986
  20. Səhər Vaxtı - 1986
  21. Törə - 1986
  22. Yıxıla Yıxıla - 1986
  23. Fələk Rüzgarı - 1986
  24. Qismətin Ən Gözəli - 1986
  25. Küskünəm - 1986
  26. Oğlum - 1987
  27. Talehsizlər - 1987
  28. Yalnızlıq Qorxusu - 1988
  29. Dərdlər İnsanı - 1990
  30. Dünya Boşdur - 1990
  31. Sevməməli - 2000
  32. Bir Ağıllı Bir Dəli - 2002
  33. Məhəbbət Quşları - 2002
  34. Ömərçip - 2002
  35. Balans ve Manevr - 2005
  36. Amerikalılar Qaradənizdə 2 - 2006
  37. Əsrarlı Gözlər - 2008
  38. Şov Bizinıs - 2011
  39. Müslüm Baba - 2018
  1. Yuxarıda get: 1 2 3 4 IMDb (ing.). 1990.
  2. Yuxarıda get: 1 2 3 4 Müslüm Gürses // Discogs (ing.). 2000.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]