Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü.
ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür.
Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir.
Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır.
İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir.
Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir.
Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi.
Həftənin günləri |
---|
Bazar ertəsi · Çərşənbə axşamı · Çərşənbə · Cümə axşamı · Cümə · Şənbə · Bazar |