Yola (inzibati vahid)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

YolaXVIII əsrin I yarısında Rusiyanın tabeliyində olan başqırd torpaqlarında mövcud olmuş inzibati vahid — dairə. XVIII əsrin birinci yarısında Başqırdıstan 4 yola (inzibati dairə) bölünmüşdü.[1]

XVIII əsrdə indiki Başqırdıstanın mərkəz və cənub hissəsi Noqay yolası adlanırdı.

Başqırdıstanın qərb hissəsini əhatə edən torpaqlada yerləşən inzibati vahid isə Kazan yolası adlandırılmışdır.

Sibir yolası adlanan üçüncü yol Uralarxası şərq və Cənubi Uralarxası torpaqların şərq hissəsini əhatə edirdi.

Ufadan şimala uzanan nazik zolaq Osin yolası adlanırdı.

Yolaların daxili inzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Yolalar isə öz növbəsində volostlara bölünmüşdü. XVIII əsrin ortalarında 42 volost qeydə alınmışdı. Volostlarda inzibati və polis hakimiyyəti başqırd starşinası və yüzbaşının ixtiyarında idi. Hər bir volostda əhalinin sayından asılı olaraq bir neçə starşina fəaliyyət göstərirdi.[2]

  1. Əhmədov R. Türk xalqlarının tarixi (XIII–XX əsrin əvvəlləri). Dərs vəsaiti. Sumqayıt: 2013, s. 152
  2. Əhmədov R. Türk xalqlarının tarixi (XIII–XX əsrin əvvəlləri). Dərs vəsaiti. Sumqayıt: 2013, s. 152