Məlikə ayıca

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Məlikə ayıca
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Yarımtriba:
Növ:
Məlikə ayıca
Beynəlxalq elmi adı

Məlikə ayıca (lat. Collimorpha dominula) — pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü.[1]

Qanadları açılmış halda 50-54 mm-dir. Ön qanadları yaşılımtıl-qaradır, bəzən göy rəngə çalır. Üzərində 3 ədəd iri sarımtıl-ağ rəngli ləkə, 3 ədəd kiçik sarı rəngli ləkə vardır. Arxa qanadlar qırmızı rəngdədir, ön və arxa kənarlarında, o cümlədən, zirvəsində iri qara ləkələr var. Döşündə iki sarımtıl zolaq, qarıncığ arxa qanadlar kimi qırmızıdır, hər buğum üzərində üçkünc qara ləkələr birləşərək zolaq əmələ gətirmiş və qarıncığın sonuna qədər uzanmışdır. [2]

RusiyaAvropanın cənubu və şimalında, QafqazdaKiçik Asiyada rast gəlinir. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən zonaları və Naxçıvan MR-da yayılmışdır.

Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, kolluqlar. Həyat tərzi ətraflı öyrənilməyib. Tırtılı qışlayır. Qışlamadan sonra may ayına qədər və payızda cincar, gicitkən, çiyələk, moruq, böyürtkən, yaddaşçiçəyi, həmçinin söyüdqovaq üzərində yaşayır. Kəpənəyi iyun, iyul və avqustda uçur.[3]

Azsaylıdır. Quba-Xaçmaz zonasından 5 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

  1. Azərbaycan Qırmızı Kitabı. 1989
  2. Azərbaycan Qırmızı Kitabı II Cild, Bakı, 2013
  3. Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 357.
  • Azərbaycan Qırmızı Kitabı. 1989.
  • Azərbaycan Qırmızı Kitabı II Cild, Bakı, 2013
  • Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 357.