Çiçəkaltlıqlı doqquzdon
Çiçəkaltlıqlı doqquzdon | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Çiçəkaltlıqlı doqquzdon |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çiçəkaltlıqlı doqquzdon (lat. Lonicera bracteolaris) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Şimal yarımkürəsində, Himalayda, Cənubi Asiyada təbii halda bitir.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 100-250 sm, möhkəm, yuxarıya istiqamətlənmiş, düz dayanan koldur. Qabığı açıq bozumtul-qonurdur. Yarpaqların uzunluğu 1,5-4,5 sm, eni 1,6-2,5 sm, möhkəm, uzunsov-yumurtavarı və ya uzunsov-ellipsvarı, ucu biz, bünövrəsi yumru, bəzən uzunsovdur. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri az saylıdır. Çiçək saplaqları cavan budaqların aşağı yarpaqlarının qoltuqlarında ikiçiçəklidir. Çiçəkaltlıqları lansetvarı, uzunluğu 0,7-1,3 sm-dir. Kasacığın kənarı 5 enli dişciklərə bölünmüşdür. Çiçək tacının uzunluğu təxminən 2,2 sm, sarımtıl, borucuğun içərisi tükcüklüdür. Yuxarı dodağı enli, aşağı dodağı uzunsovdur. Giləmeyvələri qırmızı, yüngül, göyümtül çöküntülüdür.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Qışadavamlılığı yüksəkdir. İşıqsevəndir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Kiçik Qafqazda və Naxçıvanda rast gəlinir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Şaquli yaşıllaşdırmada istifadə edilir.