Çin sabunağacı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çin sabunağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Drummonda sabunağacı (lat. Sapindus drummondii) — Quraqlığa davamlı, isti və günəş sevən bitkidir.

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada, Arkanzas, Luiziana, Texas, Missuri, Kanzas, Nyu-Meksika, Arizoniya, Şimali Meksikada yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15 m, diametri isə 30 sm-ə çatan, gövdəsinin qabığı qırmızı-qonur rəngli olmaqla lövhəciklər şəklində pulcuqlanan ağacdır. Budaqları bozumtul rəngdə olub, çoxlu mərcilərlə örtülüdür. Yarpağın saplağı tükcüklərlə örtülü olur, sonradan çılpaqlaşır, Yarpaqcıqlar demək olar ki, oturaqdır, növbəli və ya qarşılıqlı düzülüşə malikdir, üstdən parlaq, çılpaq yaşıl rəngli, altdan ağımtıl olub, tükcüklərlə örtülüdür. Yumurtavarı-lanset, bəzən uzunsov-lansetşəkilli olub, 6 sm uzunluğunda, 1,5–2,5 sm enindədir. Budaqlarında yarpaqcıqlar 14 sm enində olur. Çiçəkləri sarımtıl-ağ rəngdə, çiçək qrupu seyrək, 15–25 sm uzunluqda süpürgəyə toplanaraq tükcüklərlə örtülü budağa malikdir. Kasayarpaqları iti, kirpikciklidir. Ləçəklər tərs yumurtavarı, kasa yarpaqlarından uzundur. Erkəkciklər tükcüklü saplağa malikdir. Dişicik çılpaq və qısa sütuncuqludur. May-iyun aylarında çiçəkləyir, sentyabr-oktyabrda meyvəsi yetişir. Meyvəsi 1,2 sm diametrdə olub, şarvaridır. Qabaqca sarı, sonradan qar rəngdə olub, yapışqanlı ətli hissəyə malikdir.

Torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda və Talışda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Talış zonasında və Kür-Araz düzənliyində yaşıllaşdırmada istifadə olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 367.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.