İlhami Cəfərsoy
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 51 gün əvvəl Solavirum (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
İlhami Cəfərsoy | |
---|---|
İlhami Yusif oğlu Cəfərsoy | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa rayonu, Aşağı Quşçu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Dilçilik |
Elmi dərəcəsi | filologya elmləri doktoru |
Cəfərsoy İlhami Yusif oğlu — dilçi-alim, filologiya elmləri doktoru
Həyatı[redaktə | mənbəni redaktə et]
İlhami Cəfərsoy 1950-ci ildə 24 iyulda Şuşa rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1968-ci ildə APİ-nin filologiya fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1988-ci ildə "Azərbaycanın türkmənşəli etnohidronimləri" adlı namizədlik, 2010-cu ildə "Türk dilləridə teonim və etnonimlər" (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir[1]. Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır.
İ. Y. Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun "Qədim dillər və mədəniyyətlər" şöbəsinin müdiridir[2].
Əsərləri[redaktə | mənbəni redaktə et]
- 1. Sibirdə Təbriz şəhəri (monoqrafiya). Bakı, 2005, 216 s.
- 2. Türk, Urartu, Alban etnolinqvistik uyğunluqları (monoqrafiya). Bakı, 2010, 372 s.
- 3. İber və H`Ay folklorunda türk mifik təfəkkürünün izləri (monoqrafiya). Bakı, 2014, 218 s.
- 4. Sinay dağında Alban yazısı (məqalə). Dilçilik İnstitutunun əsərləri, Bakı, 2012, № 2, s. 23–31.
- 5. Şota Rustaveli. "Bars dərisi geymiş koma" poemasının əsli və tərcümələri (məqalə). "Türkologiya" jurnalı, Bakı, 2013, № 2, s. 82–94.
- 6. Х`Ай не армяне. Азерб. и Азерб-цы. Баку, 2008, № 1–4, с. 80–86.
- 7. Древние города Ана-Албацши, həmin jurnalda, Bakı, 2012, № 1–2, c. 81–87.
- 8. Aran eposları gürcü dilində. Qarabağ folkloru, II respublika konfransının materialları. Bakı, 2013, s. 171–188.
Əsas elmi nəticələri[redaktə | mənbəni redaktə et]
- Yafəs dillərindəki 3-cü etnolinqvistik faktor türk faktorudur.
- H`Ay dili indiki ermənilərin dili deyildir. H`Ay dili iltisaqi, erməni dili flektivdir.
- İberiyanın qəbilə-tayfa dillərinin çoxu sami və türk dillərinin qatışığından ibarətdir.
- İber və ya qədim yevrey dili sami dillərinin təsirinə uğramış türk dilidir.
- Qafqazdilli olmaq hələ qafqazlı olmaq deyil. Qafqaz dillərindəki xırıltılı boğaz fonemləri sami mənşəli dillərin təsiri ilə yaranmışdır.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-13.
- ↑ http://www.dılçılık.org[ölü keçid]