İlhami Cəfərsoy 1950-ci ildə 24 iyulda Şuşa rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1968-ci ildə APİ-nin filologiya fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1988-ci ildə "Azərbaycanın türkmənşəli etnohidronimləri" adlı namizədlik, 2010-cu ildə "Türk dilləridə teonim və etnonimlər" (Ön Asiyanın ölü dillərinin onomoloji leksikası əsasında)adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 6 monoqrafiya və tədris vəsaitinin, 80-ə yaxın məqalənin müəllifidir[1]. Məqalə və tezisləri Bakıda, Budapeştdə, Kiyevdə, Moskva, Kazan, Almatı və Daşkənddə nəşr olunmuşdur. Əsas tədqiqat sahələri Ön Asiyanın qədim dillərinin türk leksikasıdır.
İ. Y. Cəfərsoy hal-hazırda Nəsimi adına Dilçilik İnstitutunun "Qədim dillər və mədəniyyətlər" şöbəsinin müdiridir[2].