Bu məqalə Şuşa rayonu haqqındadır. Şuşa şəhəri üçün Şuşa səhifəsinə baxın.
Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati–ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda Qarabağ silsiləsi ərazisində yerləşir. Ərazisi 289 km²-dir. Əhalisi 1 yanvar 2016-cı il tarixinə görə 32,8 min nəfərdir. Şuşa rayonunun ərazisinə bir şəhər və 31 kənd daxildir. İnzibati mərkəzi Şuşa şəhəridir. 1992-ci ildən rayon erməni silahlı dəstələri tərəfindən işğal olunub. Şuşa şəhəri Qarabağ müharibəsinin gedişində hərbi əməliyyatlar zamanı qismən dağıdılmışdır. Şuşa şəhəri İkinci Qarabağ müharibəsində 8 noyabr 2020-ci ildə və 9 noyabr 2020-ci ildə isə Daşaltı kəndi düşməndən azad edilmişdir.[ 3]
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 25 mart 2023-cü il tarixində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində Zamanpəyəsi və Allahqulular kəndləri, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları 'ndan sonra Turşsu qəsəbəsi, Ağbulaq , Armudlu , Aşağı Quşçular , Bayat , Böyük Qaladərəsi , Cəmillər , Çaykənd , Dükanlar , Əmillər , Göytala , Həsənabad , Həsənqulular , Xanalı , Xanlıqpəyə , Xəlfəli , Xudaverdilər , İmamqulular , İmanlar , Kiçik Qaladərəsi , Qarabulaq , Qaybalı , Laçınlar , Malıbəyli , Məmişlər , Mirzələr , Nağılar , Nəbilər , Onverst , Paşalar , Salatınkənd , Sarıbaba , Səfixanlar , Şırlan , Şuşulu , Turabxan , Yuxarı Quşçular , Zarıslı , Xan bağı kəndləri Azərbaycanın suverenliyinə keçmişdir.
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m). Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı 700–800 mm-dir. Ərazisindən Qarqarçay axır. Torpaqları qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanat aləminə ayı , canavar , tülkü , boz dovşan, cüyür , kəklik , göyərçin və s. aiddirlər.[ 4]
Səthi dağlıqdır (Qarabağ silsiləsi). Rayonun şərq hissəsi Keçəldağ aşırımı ilə hüdudlanır.
Yura və Təbaşir çöküntüləri.
Mineral sular (Turşsu ), bulaqlarla (İsa bulağı ) zəngindir. Əsas çayları Qarqarçayın qolları olan Zarıslı , Xəlfəli çaylarıdır.
Meşələrdə şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm , gərməşov , yemişan , əzgil , itburnu və s. bitir. Meşələrdə həmçinin vələs, ağcaqayın , gilas , göyrüş və palıd növləri yayılmışdır.[ 5]
Daşaltı kəndində karst mağaraları. Şuşada Şahnəzər mağarası. Şuşa şəhəri yaxınlığında Daşaltı kanyonu . Böyük Kirs dağı, Keçəldağ aşrımı , Üçmıx dağı
Şuşa Şahnəzər mağarasının uzunluğu 125 m, eni 20 m, hündürlüyü 10 in-dir. Mağaradan Paleolitə aid ikikobud daş çapacaq, Mezolitə aid mikroiit bıçaqlar, m.ə. V — IV minilliyə aid Eneolit gil qablar, Tunc , Dəmir Dövrləri və orta əsrlərə aid saxsı məmulat qalıqları, müsəlman qəbri tapılmışdır.
Daşaltı kəndində müdafiə qalası, İbrahimxəlil xanın tikdirdiyi sığınacaq evi (XVIII əsr ), tövlə , hamam qalıqları. Şuşada Gövhər-ağa məscidi (1884), Aşağı Gövhör-ağa məscidi (1875).
Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti, bəzən isə soyuq iqlim şəraitinə malikdir. Burada yanvar ayında orta temperatur 4 dərəcədən 1 dərəcəyə qədər, iyulda isə müsbət 16–19 dərəcə, illik yağıntı isə 700–800 mm olur.[ 4] [ 6]
Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür.
Daşaltı Dövlət Təbiət Yasaqlığı , Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Bazarbaşı (Şuşa) , Rastabazar
Şahlıq körpüsü , Təzə məhəllə məhəlləsi
AzStat -ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonun (de-yuri olaraq) 31.499 nəfər əhalisi var.[ 7]
Etnik qrup
1939-cu il[ 9] [ 10]
1959-cu il[ 11]
1970-ci il[ 12]
1979-cu il[ 13]
1989-cu il
1999-cu il[ 14]
2009-cu il[ 8]
Əhali
%
Əhali
%
Əhali
%
Əhali
%
Əhali
%
Əhali
%
Əhali
%
azərbaycanlı
6 306
58.29%
6 564
61.77%
9 890
72.38%
12 955
80.87%
18 679
91.68%
23 135
95.05%
27 364
95.81%
erməni
4 177
38.61%
3 794
35.70%
3 577
26.18%
2 881
17.98%
1 430
7.02%
1 140
4.68%
1 140
3.99%
türk
…
…
…
…
…
…
…
…
…
…
…
…
41
0.14%
ləzgi
17
0.16%
…
…
…
…
…
…
…
…
1
0.01%
4
0.01%
rus
256
2.37%
198
1.86%
142
1.04%
114
0.71%
…
…
16
0.07%
4
0.01%
kürd
4
0.04%
…
…
…
…
…
…
…
…
33
0.14%
3
0.01%
tatar
4
0.04%
…
…
…
…
…
…
…
…
5
0.02%
2
0.01%
ukraynalı
20
0.18%
…
…
7
0.05%
11
0.07%
…
…
9
0.04%
…
…
digər
35
0.32%
70
0.66%
48
0.35%
58
0.36%
265
1.30%
1
0.01%
2
0.01%
cəmi
10 819
100%
10 626
100%
13 664
100%
16 019
100%
20 374
100%
24 340
100%
28 560
100%
Bax: Şuşada doğulanlar
Hacı Yusifli məscidi (XVIII)
"Çöl Qala" məscidi (XVIII əsr)
Xoca Mərcanlı məscidi (XVIII əsr)
Quyuqluq məscidi (XVIII əsr)
Seyidli məscidi (XVIII əsr)
Məscid (XVIII əsr)
Mərdinli məscidi (XIX əsr)
Aşağı Gövhər Ağa məscidi (1874–1875)
Culfalar məscidi (XIX əsr)
Yuxarı Gövhər Ağa məscidi (XIX əsr)
Mamay məscidi (XIX əsr)
Köçərli məscidi (XIX əsr)
Malıbəyli məscidi
Alban kilsəsi
Qaybalı məscidi
Şırlan məscidi
Rus kilsəsi
Qala divarı (uzunluğu 8 kilometr)
Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd)
Qədim üslubda salınmış 17 məhəllə
17 məscid
17 bulaq
17 hamam
Turşsu Qalereyası
Karvansara (4 ədəd)
Gəncə qapısı
Rasta bazar
Torpaq meydan
Üzeyir Hacıbəyovun heykəli
Cıdır düzü
Malıbəylidə Qızlar məktəbi
Un dəyirmanı
"Həzrət Əli" kahası
"Qızıl qaya"
Bəhmən Mirzə Qacarın hərəmxanası
Bəhmən Mirzə Qacarın tikdirdiyi "Bab" hamamı
Şeytan bazar
Əfsanəvi Leyli qalası
Çuxur məhəllədə 2 minarəli "Şəfa ocağı"
"Həzrət Abbas Şəfa ocağı"
Molla Pənah Vaqifin poeziya evi
Molla Pənah Vaqifin məqbərəsi
Molla Pənah Vaqifin müəllimlik etdiyi bina
Molla Pənah Vaqifin evi
Xan qızı Xurşudbanu Natəvanın sarayı
Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi "Qarama"
Xan qızı Xurşud Banu Natəvanın tikdirdiyi həbsxana binası
Qasım bəy Zakirin yaşadığı ev
Qasım bəy Zakirin qəbirüstü abidəsi
Azərbaycanda ilk "realnı uçiliş"in binası
Yaşıl aptek
Mədəniyyət evi
Külli miqdarda gümüş və mis qablar
İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscidini həyətində)
Qarabağ xanlığının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
Tarixin yaddaşı olan Daş kitabələr
Azərbaycanda ilk realnı məktəbin binası
Malıbəylidə "Qızlar məktəbi"
Küllü miqdarda gümüş və mis qablar
Ağaböyük xanımın bürcü
İkimərtəbəli karvansara (1888–1889-cu illər)
Zarıslıda Korun karvansarası
Hacı Məhərrəm karvansarası
Hacı Əmiraslan bəyin karvansarası
Uğurlu bəyin karvansarası
Mir Səyyaf oğlunun karvansarası
Murad bəyin karvansarası
Hacı Hüseynin karvansarası
Gövhər Ağanın karvansarası
Hacı Abbas bəyin karvansarası
Cavad ağanın karvansarası
Xanlıq Muxtarın karvansarası
Ağabəyim Ağanın qəsri
Sadıqcanın qəsri
"Pənahabad" Şuşa qalası (1750–1757-ci illər)
Leyli qayası
Bayat qalası (1748-ci il)
Şahbulaq qalası
Bülbülün büstü
Üzeyir Hacıbəyovun büstü
Hüsü Hacıyevin büstü
Molla Pənah Vaqifin büstü
Xan qızı Xurşud Banu Natəvanın büstü
İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi
Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
"Dəlik-daş" pilləkən kompleksi
Qarabağ xanlığının divan kompleksi
Qacarların məqbərə kompleksi
Bəhmən Mirzə Qacarın saray kompleksi
Mir Möhsün Nəvvabın abidə kompleksi
Mehmandarovun ev kompleksi
Qarabağ xanlığının Divan kompleksi
Dəlik-daş pilləkən kompleksi
Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi
Üzeyir Hacıbəyovun ev-muzeyi
Bülbülün ev-muzeyi
Xalça muzeyi
Tarix-diyarşünaslıq muzeyi
Qarabağ dövlət tarixi muzeyi
Rəsm qalereyası
Məhəmməd Həsən Ağanın imarəti
Səməd bəy Mehmandarovun Şuşadakı mülkü
Hacı Şükürün imarəti
Məmməd Həsən Ağanın imarəti
Qarabağ qazisinin mülkü
Qədimovların mülkü
Qarabaş Qazisinin mülkü
Mir Möhsün Nəvvabın mülkü
Nəcəfqulu ağanın mülkü
İbrahim xanın mülkü
Hacı Bəşirin mülkü
Cabbar Qaryağdı oğlunun mülkü
Mirzə Hüseynin mülkü
Mirəlibəyin mülkü
Seyid Məcidin mülkü
Hacı Qulamın mülkü
Nəcəfqulu Ağanın mülkü
Kəlba Şirinin mülkü
Öpənnik Qara Zeynalın mülkü
Fərzalı bəyin mülkü
Allahverənli Kəlba Şirinin mülkü
Nəcəf bəy Vəzirovun mülkü
Firudin bəy Köçərlinin mülkü
Süleyman Sani Axundovun mülkü
Məşədi Qəhrəmanın mülkü
Quyruq məhəlləsində Sadıq bəyin mülkü
Yusif Vəzir Çəmənzəmənlinin mülkü
Mir Həsən Vəzirovun mülkü
Qaraşovların mülkü
Hüseyn Qayıbovun mülkü
Məşədi Şirinin mülkü
Gəraf Əsgərovun mülkü
Ağamirovların mülkü
Hüsü Hacıyevin mülkü
Hacı Dadaşın mülkü
Hacı Quluların mülkü
Qulam Şahın malikanəsi
Əsəd bəyin malikanəsi - Şuşa şəhərində, Voroşilov küçəsində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi.
Mamay bəyin malikanəsi - XVIII əsrə aid tarix-memarlıq abidəsi.
Çuxur məhəllədə Kal Həsənin evi
Təzə məhəllədə Xayatlılar Mehdinin evi
Çuxur məhəllədə Kürd uşağının evi
Quyruq məhəlləsində Məşədi Teymurun evi
Ağa-Əbdürrəhim ağanın evi
Uluq bəyin evi
Zöhrabbəyovların evi
Cəlal bəyin evi
Kəlba Hüseynin evi
İsmayıl bəyin evi
Əbdülrəhim bəy Haqverdiyevin evi
Kəlba Şəhriyarın bağı
Şəmilin bağı
Hacıyevlərin armud bağı
Mirfəseh bağı
Şahlıq körpüsü
Təzə məhəllədə körpü
Mirzə Həsən qəbiristanlığı
Mirfəseh qəbiristanlığı
Meydan bulağı
İsa bulağı
Saxsı bulaq
Ovdan bulağı
Şor bulaq
Səkili bulağı
Qotur bulağı
Hacı Salehin hamamı
Uğurlu bəyin hamamı
Xeyransa xanımın hamamı
Ağa Mirzə Əli Qazinin hamamı
Şahbaz bəyin hamamı
Hacı Əbdürrrəhimin hamamı
Rüstəm bəyin hamamı[ 15]
↑ "İnzibati-ərazi vahidləri" (PDF) . files.preslib.az. 6 March 2016 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 21 may 2022 .
↑ "Demoqrafiya" . /www.stat.gov.az. 7 June 2020 tarixində arxivləşdirilib . İstifadə tarixi: 21 may 2022 .
↑ "Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası" . www.azerbaijan-news.az. İstifadə tarixi: 21 may 2022 .
↑ 1 2 "Şuşanın flora və faunası" . portal.azertag.az. 6 July 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 21 may 2022 .
↑ Abutalıbov M. H., Hacıyev V. C. Azərbaycanın bitki örtüyü. Bakı; İşıq, 1976
↑ "Şuşanın gözəlliyinə gözəllik gətirən flora və faunası" . /www.azerbaijan-news.az. İstifadə tarixi: 21 may 2022 .
↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine : Şuşa rayonu Arxivləşdirilib 2015-09-11 at the Wayback Machine (yenilənmə: 1 yanvar, 2014-cü il) — yoxlanılıb: 28.12.2014
↑ 1 2 Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine : Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1939-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine — yoxlanılıb: 08.03.2015
↑ Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Шушинский Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine // Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д.Д. 966–1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д.Д. 256–427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов")
↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1959-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1970-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
↑ Ethno-Caucasus, Этнодемография Кавказа: Население Шушинского района по переписи 1979-го года Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine
↑ Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine : Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2015-06-27 at Archive.today
↑ "Şuşa hamamları" . azertag.az. İstifadə tarixi: 27 may 2022 .
Şəhərlər Qəsəbələr Kəndlər Ləğv olunmuş kəndlər
Muxtar respublika Rayonlar Respublika tabeli şəhərlər Muxtar Respublika tabeli şəhərlər Rayon tabeliyində olan şəhərlər Digər