Əlimərdan bəy Abdallı-Qacar

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Əlimərdan bəy Abdallı-Qacar
Doğum yeri

Əlimərdan bəy Abdallı-QacarQarabağ bəylərindən Qızılbaş ordusunda yüzbaşı.

Əlimərdan bəy Vərəndə nahiyəsinin Qacar obasında anadan olub. Mədrəsə təhsili almışdı. Yüzbaşı kimi Qızılbaş ordusunda xidmət etmişdi. Ordudan tərxis olduqdan sonra doğma kəndlərinə qayıtmış, şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi.

Qarabağın nüfuzlu bəylərindən idi. 1650-ci ildə II Şah Abbas Səfəvi onun şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi.

Əlimərdan bəyin Əliabbas bəy adlı oğlu vardı.