Əlimərdan bəy Abdallı-Qacar — Qarabağ bəylərindən Qızılbaş ordusunda yüzbaşı.
Əlimərdan bəy Abdallı-Qacar | |
---|---|
Doğum yeri |
Əlimərdan bəy Vərəndə nahiyəsinin Qacar obasında anadan olub. Mədrəsə təhsili almışdı. Yüzbaşı kimi Qızılbaş ordusunda xidmət etmişdi. Ordudan tərxis olduqdan sonra doğma kəndlərinə qayıtmış, şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi.
Qarabağın nüfuzlu bəylərindən idi. 1650-ci ildə II Şah Abbas Səfəvi onun şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi.
Əlimərdan bəyin Əliabbas bəy adlı oğlu vardı.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |