Əminə Məlikova

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Əminə Məlikova
Məlikova Əminə Zakir qızı
Doğum tarixi 23 noyabr 1977-ci il
Doğum yeri Bakı
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
Elmi dərəcəsi sənətşünaslıq üzrə fəlsəfə doktoru
Tanınır Azərbaycan Milli Xalça Muzeyinin direktoru
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2019 "Humay" mükafatı — 2020

Əminə Məlikova (tam adı: Məlikova Əminə Zakir qızı; 23 noyabr 1977-ci il, Bakı) — Heydər Əliyev Mərkəzi Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru (2023-cü ildən), Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2017).

Əminə Məlikova 23 noyabr 1977-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca iqtisadçı və sənətşünasdır. O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilini başa vurmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Neft mövzusu dünya müasir incəsənətində" mövzusunda sənətşünaslıq üzrə dissertasiya müdafiə etmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əminə Məlikova 1999-cu ildə əmək fəaliyyətinə başlamışdır. O, 1999–2009-cu illərdə Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2018-ci ilin dekabrından "İçərişəhər" Muzey Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. O, həmin ilin mart–dekabr aylarında muzeyinin direktor müavini, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrini icra etmişdir. 2023-cü ildən Heydər Əliyev Mərkəzi Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2024-cü ildən Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışır[1].

"Azərbaycan Kəlağayı" və "Butalı" milli brendlərinin təsisçisidir.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

2016–2019-cu illərdə ICOM Azərbaycan Milli Komitəsinin katibi olmuş, 2019-cu ildən isə ICOM Azərbaycan Milli Komitəsinin idarə heyətinin üzvüdür [2] .

Müəllifi olduğu kitablar

[redaktə | mənbəni redaktə et]
  1. * "Nobellər və Bakı Nefti", 2008
  2. *"Azərbaycan Nefti" kitabı, 2010
  3. *"Neft və İncəsənət" kitabı, 2012
  4. *"Şirvanşahlar İrsi Dünya Muzeylərində" kitabı, 2018
  5. *"Kəlağayı sənəti" (Kelaghayi Art) kitabı, 2018 [3]
  6. *"Qurama" kitabı, 2022
  7. *23 elmi məqalə

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 27 sentyabr 2017 [4]

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı — 31 oktyabr 2019

"Humay" milli mükafatı — 2020

  1. "Azərbaycan Milli Xalça Muzeyinə yeni direktor təyin olunub". İstifadə tarixi: 2018-05-30.
  2. "ICOM Azərbaycan Milli Komitəsinin yeni sədri seçilib". İstifadə tarixi: 2024-10-18.
  3. "Azərbaycanın kəlağayı sənətinə dair yeni çap olunan kitabın təqdimatı keçirilib". İstifadə tarixi: 2018-11-30.
  4. "Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". İstifadə tarixi: 2018-09-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]