Əminə Məlikova (tam adı: Məlikova Əminə Zakir qızı; 23 noyabr 1977-ci il, Bakı) — Heydər Əliyev Mərkəzi Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru (2023-cü ildən), Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2017).
Əminə Məlikova | |
---|---|
Məlikova Əminə Zakir qızı | |
Doğum tarixi | 23 noyabr 1977-ci il |
Doğum yeri | Bakı |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Elmi dərəcəsi | sənətşünaslıq üzrə fəlsəfə doktoru |
Tanınır | Azərbaycan Milli Xalça Muzeyinin direktoru |
Mükafatları |
Əminə Məlikova 23 noyabr 1977-ci ildə Bakıda anadan olmuşdur. İxtisasca iqtisadçı və sənətşünasdır. O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsilini başa vurmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Neft mövzusu dünya müasir incəsənətində" mövzusunda sənətşünaslıq üzrə dissertasiya müdafiə etmişdir.
Əminə Məlikova 1999-cu ildə əmək fəaliyyətinə başlamışdır. O, 1999–2009-cu illərdə Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2018-ci ilin dekabrından "İçərişəhər" Muzey Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. O, həmin ilin mart–dekabr aylarında muzeyinin direktor müavini, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrini icra etmişdir. 2023-cü ildən Heydər Əliyev Mərkəzi Tədbirlərin və Sərgilərin Təşkili Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2024-cü ildən Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışır[1].
"Azərbaycan Kəlağayı" və "Butalı" milli brendlərinin təsisçisidir.
2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2016–2019-cu illərdə ICOM Azərbaycan Milli Komitəsinin katibi olmuş, 2019-cu ildən isə ICOM Azərbaycan Milli Komitəsinin idarə heyətinin üzvüdür [2] .
"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 27 sentyabr 2017 [4]
"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı — 31 oktyabr 2019
"Humay" milli mükafatı — 2020