Ətirli doqquzdon
Naviqasiyaya keç
Axtarışa keç
Ətirli doqquzdon | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ətirli doqquzdon |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ətirli doqquzdon (lat. Lonicera fragrantissima) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Çində yayılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Çox dekorativ görünüşə malikdir.