Ağacvari şorangə
Naviqasiyaya keç
Axtarışa keç
Ağacvari şorangə | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ağacvari şorangə |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Mərkəzi və Ön Asiyada rast gəlinir.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Xızı rayonu ətrafında rast gəlinir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.