Bu məqalə Xızı rayonu haqqındadır. Şəhər üçün Xızı səhifəsinə baxın. |
Xızı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.
Rayon | |
Xızı rayonu | |
---|---|
40°53′ şm. e. 49°05′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Abşeron-Xızı |
İnzibati mərkəz | Xızı |
İcra başçısı | Xəzər Aslanov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 30 avqust 1930, 24 aprel 1990 |
Sahəsi |
|
Hündürlük | 859 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-XIZ |
Telefon kodu | 199 |
Avtomobil nömrəsi | 29 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaranma tarixi – 24. aprel 1990, Ərazisi – 1.850 km², Əhalinin sayı – 14,3 min nəfər (1 yanvar 2007-ci il), Əhalinin sıxlığı – 1 km² 8 nəfər (1 yanvar 2007-ci il)
Xızı rayonu 1930-cu ildə yaradılmışdır. O, şimaldan Siyəzən və Quba, qərbdən Şamaxı, cənubdan Qobustan, cənub-şərqdən Abşeron rayonu ilə həm sərhəddir. Əsasən, Xızı yaylası da yerləşən rayonun şərq hissəsi Giləzi dili ilə Xəzər dənizinin sularına axır. Rayonun mərkəzi olan Xızı qəsəbəsi Bakıdan 104 km m əsafədə yerləşib paytaxta ən yaxın səfalı ərazidir. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən isə Aladaş silsilələri ilə əhatə olunmuşdur.
Əsas dağları Dübrar (2205 m), Kəmçi (1026), Şərəkü (958), Bəybəyim (935), Şixandağ (801) və Böyük Siyaku (786) dağlarıdır. Əsas çayları Ataçay, Cəngiçay, Kənda, Tuğçay, Dizavarçay, Kerban və Qarabulaq çaylarıdır. Ərazidə Altıağac Milli Parkı və Vəhşi Təbiətin Reabilitasiya Mərkəzi mövcuddur.
Ərazinin etnik palitrasını azərbaycanlılar və tatlar təşkil edir. Əvvəllər kiçik bir kəndi təmsil edən "xızı" sözünun etimologiyası haqqında müxtəlif mülahizələr mövcuddur. Bir çox mütəxəssislər bu adın Sasaniİər imperiyasından qaldığını güman edirlər. Belə ki, imperiyanın rəsmi dini olan zərdüştçülüyünin imperiyanın şimal ərazilərində yaymaq, xristianlıqla mübarizə aparmaq və şimal sərhədlərini hun, peçeneq və xəzər tayfalarından qorumaq üçün erkən orta əsrlərdə (III–VI əsrlər) buraya irandilli tayfalar köçürülürdü. Bu proses Şirvanşahların Səfəvilər tərəfindən məğlub edildikdən sonra daha da gücləndi. Buraya köçürülən tayfalar, əsasən, Xuzistan əyalətindən olmuşdur. Ad tədricən transformasiyaya məruz qalaraq dövrümüzə Xızı şəklində gəlib çatmışdır.
Rayonun ikinci böyük yaşayış məntəqəsi Alaçayın sahilində yerləşən çox mənzərəli bir landşafta malik olan Altıağacdır. Ərazinin adı Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıdan 42 km. "ahı ağaclıq" məsafədə yerləşməsindən qaynaqlanır (1 ağac 7 km-ə bərabərdir). Dünyanın çox ölkələrini gəzmiş, o cümlədən Qafqazda olmuş məşhur türk səyyahı Evliya Çələbi (1611–1685) on cildlik "Səyahətnamə"sində bu haqda belə yazır: "Şimal səmtə doğru altı ağac yol gedərək Altıağac mənzilinə gəldik. Əcəmlər (bu yerə) "şeş derəxət" deyiriər. Səfalı bir çəmənlikdə böyük bir karvansara vardır. Kənd viranədir. Bu yer Dəmirqapı sərhədində miskər nahiyəsinə tabedir". Müasir Xızıdan 2 km cənubda Kerban çayı sahilində qala divarlarının qalıqları mövcuddur. Qalanın monqol işğalı zamanı dağıldığı ehtımal olunur. Görünür monqol işğalından sarsılan ərazi uzun müddət özünə gələ bilməmişdir.[1]
Xızı rayonu ilə Bakı arasında olan məsafə −104 km
Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.
Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın "Beşbarmaq" adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında "Xıdırzində" ("Ölməz Xıdır") ziyarətgahı yerləşir.
Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi. Əvvəllər "ağac" sözü uzunluq ölçüsü kimi işlədilirdi. Bu ağac 7 kilometrə bərabər idi, Şamaxıdan Altıağaca qədər olan məsafə isə 42 km-dir.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı qəzasına aid olan Xızı kəndləri: Altıağac, Ağdərə, Allahyarlı, Baxşılı, Bəyəhmədyurd, Biləsən, Çaharqışlaq, Çərməzar, Darazarat, Düdar, Dəllər, Dizəvər, Ələz, Əmbizlər, Əngilan, Ərisguş, Əlməkolu, Fındığan, Gərmiyan, Gimçi, Gilənova, Gücövrə, Güneyqışlaq, Həmyə, Keş, Keçəllər, Künövşə, Pəmbə, Qars, Qalaşıxı, Qasımkənd, Qululu, Quşçu, Qərban, Qızılqazma, Sadan, Sayaddı, Siyəzən, Şurabad, Şurakənd (Surakat), Şıxlar, Tıxlı, Təkəli, Təzəkənd, Upa, Vərdəh, Xanəgah, Xızı, Xələnc, Xərgo, Xəndək, Xirək, Xışqədar, Xılmıllı, Xəll, Yarımca, Zarat, Zərgərli, Zöhrabkənd.
Xızı rayonu Azərbaycanın iri Meşəlik ərazilərə malik olduğu rayonlardandır (9931 ha, 6%). Ərazi həddən artıq bioçeşidlik, landşafı və ekosistem müxtəlifliyinə malikdir. Ərazidə meşə, meşə-çöl, bozqır(çöl), bozdağlar, bozqır dağlar, subalp, alp ekosistemləri mövcuddur. Meşə dendroflorası, əsasən, iberiya palıdı, şərq palıdı şərq vətəsi, şərq fıstığı adi göyrüş, qarağac, armud gözəl ağcaqayın, ardıc, doqquzdon, birgöz kimi ağackollardan ibarətdir. Dağətəyi seyrək meşəliklərdə söyüdyarpaq armud, yemişan, qaratikan, dovşanalması, ölməzkol, adi zirinc, itburnu kimi ağac-kol növləri bitir. Çay kənarları adi nar, pallas murdarçası, yulğun çaytikanı və rus itüzümü kollarından ibarətdir. Burada tək-tək qara əncirə, çox nadir, endım və nəsli kəsilm əkdə olan növ fərat qovağının bir neçə nüsxəsi qalmışdır. Ərazinin faunası da çox zəngindir. Məməlilərdən avropa cüyürü, qonur ayı qaban, adi vaşaq yenot , boz dovşan, tülkü, daşıq dələsi, canavar, quşlardan adi qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartar, boz kəklik, qaratoyuq kimi növlərə rast gəlinir.[2]
Tıxtı kəndi yaxınlığındakı keçmiş Şıxlar kənd qəbiristanlığında yerləşən türbə ziyarətgah, 300–500 yaşlı qəbirləri mövcuddur. Bu türbənin Şeyx Heydər Türbəsi (X–V əsr)olduğu ehtimalı vardır. Bəzi mənbələrə görə Şeyx Heydər türbəsinin Səfəvilər İmperiyasının yaradıcısı I İsmayılın atası Şeyx Heydərin məzarıdır. Şeyx Heydər Şirvanşah Fərrux Yasar ilə Təbərsaran döyüşündə (1488) həlak olmuş və burada müqəddəs Beşbarmaq dağı ilə üzbəüz ərazidə dəfn olunmuşdur. Sonralar Şirvanşahlar dövlətini məğlubedən I İsmayıl Səfəvi atasının qəbri üzərində Türbə tikdirmiş, orada Şıxlar kəndini saldırmış, məqbərəni müqəddəs ziyarətgah elan etmişdir.[3]
Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək.
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Giləzi qəsəbə bələdiyyəsi | 2944 |
2 | Şuraabad qəsəbə bələdiyyəsi | 2232 |
3 | Yeni Yaşma qəsəbə bələdiyyəsi | 1675 |
4 | Sitalçay kənd bələdiyyəsi | 1234 |
5 | Altıağac kənd bələdiyyəsi | 1180 |
6 | Xızı qəsəbə bələdiyyəsi | 1020 |
7 | Tıxlı kənd bələdiyyəsi | 546 |
8 | Fındığan kənd bələdiyyəsi | 405 |
9 | Xələnc kənd bələdiyyəsi | 322 |
10 | Baxışlı kənd bələdiyyəsi | 315 |
11 | Məşədi Həsən kənd bələdiyyəsi | 313 |
12 | Ağdərə kənd bələdiyyəsi | 241 |
13 | Qarabulaq kənd bələdiyyəsi | 201 |
14 | Cəmi | 12628 |
1903-cü il Bakı quberniyasının Bakı qəzasının Saray məntəqəsinə aid kəndlər:
# | Kəndlər üzrə evlərin sayı | Kəndlər üzrə əhalinin sayı |
---|---|---|
1 | Səyyad Xızı: 126 | 606 |
2 | Şıx Xızı: 91 | 476 |
3 | Ağdərə və Düdar: 94 | 1423 |
4 | Əmbizlər və Dabaqun: 102 | 1337 |
5 | Gövxanı: 90 | 1090 |
6 | Gərmiyan: 50 | 383 |
7 | Xanəgah: 30 | 298 |
8 | Çar-Qışlaq: 63 | 509 |
9 | Cəmi | 6122 |
Həmin il (1903-cü il) Bakı quberniyasının Quba qəzasına aid olan kəndlər:
# | Kəndlər üzrə evlərin sayı | Kəndlər üzrə əhalinin sayı |
---|---|---|
1 | Əngilan: 51 | 587 |
2 | Baxışlı: 34 | 550 |
3 | Zərgərli: 82 | 723 |
4 | Zarat: 43 | 725 |
5 | Dağ Quşçu: 185 | 434 |
6 | Keş: 21 | 340 |
7 | Siyəzən: 79 | 831 |
8 | Zöhrabkənd: 29 | 312 |
9 | Fındığan: 82 | 760 |
10 | Xələnc: 76 | 630 |
11 | Darazarat: 45 | 302 |
12 | Gəmşər: 16 | 329 |
13 | Cəmi | 6523 |
Xızı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |