Abbasqulu Abbaszadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abbasqulu Abbaszadə
Abbasqulu Ağabala oğlu Abbaszadə
Doğum tarixi
Doğum yeri Təbriz, Cənubi Azərbaycan
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmlər doktoru
Elmi adı professor (1953)
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1953), professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968).[1][2][3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Ev

Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində bənna ailəsində anadan olub. 1916-cı ildə ailəsi ilə birlikdə Təbrizdən Bakı şəhərinə gəlib. O, əvvəlcə birinci dərəcəli məktəbi, sonra isə N.Nərimanov adına Sənaye Texnikumunu bitirib. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1930-cu ildə isə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. Abbasqulu Abbaszadə universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun aspiranturasına daxil olub.[1][2][3]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Abbasqulu Abbaszadə tələbə olarkən əmək fəaliyyətinə başlayıb. Müxtəlif orta və orta ixtisas təhsili müəssisələrində müəllim kimi fəaliyyət göstərib. O, 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi olaraq çalışıb. Abbaszadə müəllimılik fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işləri də aparıb. O, 1931-1933-cü illərdə Azərbaycan Tibb Universitetinin Fizika kafedrasında assistent işləyib.[3]

O, 1938–1969-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Eksperimental və nəzəri fizika kafedrasının müdiri, 1939–1957-ci illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı, 1957–1962-ci illərdə isə elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. Eyni zamanda 1932–1949-cu illərdə SSRİ EA-nın Azərbaycan filialında və Azərbaycan EA-nın Fizika və Riyaziyyat İnstitutunda fəaliyyət göstərib. 1957–1962-ci illərdə "Politexnik təlim" və 1962–1969-cu illərdə "Fizika və riyaziyyat tədrisi" jurnallarının redaktoru olub.[1][2]

Abbasqulu Abbaszadə 1955–1969-cu illərdə Azərbaycan EA-nın Molekulyar Fizika Problemləri üzrə Şurasının sədri, 1957–1969-cu illərdə Azərbaycan SSR Maarif Nazirliyinin Fizikanın tədrisi metodikası bölməsinin sədri, 1958–1969-cu illərdə isə SSRİ Pedaqoji EA-nın Proqram Metodikası Komissiyasının üzvü olub. [1][2][4]

Abbasqulu Abbaszadə 1941-ci ildə namizədlik dissertasiyasını, 1953-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. O, 1957-ci ilin sentyabr ayında RSFSR PEA-nın, 1968-ci ildə isə SSRİ PEA-nın müxbir üzvü seçilib.[1][2][3]

Tədqiqatları[redaktə | mənbəni redaktə et]

Abbasqulu Abbaszadənin tədqiqatları mayelərin istilik keçirmə xassələrinə aiddir. Alim molekulyar fizika, termodinamika və fizikanın orta və ali məktəblərdə tədrisi metodikasını təkmilləşdirib. Mayelər fizikası sahəsində fundamental tədqiqatlar aparıb, elmə mühüm yeniliklər gətirib, elmi məktəb yaradıb.[3]

Professor 200-dən artıq elmi əsərin, o cümlədən 20 kitab, metodik vəsait və monoqrafiyanın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə 100-ə yaxın elmlər namizədi (indiki fəlsəfə doktoru) və doktoru hazırlanıb ki, onların 60-a yaxını alimin özünün aspirant və dissertantı olub. Professor Abbasqulu Abbaszadə alim-fizik, alim-metodist və elm təşkilatçısı kimi tanınıb.[1][2][3]

Vəfatı[redaktə | mənbəni redaktə et]

Abbasqulu Abbaszadə 1969-cu il fevral ayının 18-də Bakı şəhərində vəfat edib.[1][2][3]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Qırmızı əmək bayrağı" ordeni;[1][2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 "Abasqulu Abbaszadə". www.nkpi.az. 2022-02-16. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.05.2024.
  2. 1 2 3 4 5 6 7 8 "Abasqulu Abbaszadə" (PDF). adpu.edu.az. 2024-03-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 07.05.2024.
  3. 1 2 3 4 5 6 7 moderator.az. "ADPU-da professor Abbasqulu Abbaszadə adına auditoriyanın açılış mərasimi keçirilib". moderator.az (az.). 2024-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  4. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 10. ISBN 978-9952-441-02-4.