Abbasqulu Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbasqulu Məmmədov
Abbasqulu Əzim oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Azərbaycan SSR
Dəfn yeri
  • Səbiskar qəbiristanlığı[d]
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi.

Abbasqulu Əzim oğlu Məmmədov - "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.

Haqqında

Abbasqulu Əzim oğlu Məmmədov 1965-ci il fevral ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 5 saylı orta məktəbi bitirmişdir. 1983–1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləmişdir.Abbasqulu Məmmədov dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Buna görə də Nüvədi kəndinin fəxri vətəndaşı adına layiq görülüb.

Şəhid olması

1990-cı il yanvar ayının 11-də Ruzigar, Bəxtiyar və Abbasqulu Məmmədov keşikci dəstə ilə Çaykənd-Todan ətrafına gedirlər. Yanvar ayının 12-də döyüş başlayır. Todan-Çaykənd ərazisinin müdafiəsi qurbansız keçməyir.Abbasqulu Məmmədov həmin günü gərgin keçən döyüşdə odlu silahla yaralanır və həlak olur.Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub

Ünvan

Gəncə şəhəri, Vaqif küçəsi, 3-cü döngə, ev 9.

Həmçinin bax

Xarici keçidlər

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.