Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Abbasqulu Əzim oğlu Məmmədov - "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.
Abbasqulu Məmmədov | |
---|---|
Abbasqulu Əzim oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Azərbaycan SSR |
Dəfn yeri |
|
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Abbasqulu Əzim oğlu Məmmədov 1965-ci il fevral ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhər 5 saylı orta məktəbi bitirmişdir. 1983–1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Gəncə mexaniki-quraşdırma idarəsində işləmişdir.Abbasqulu Məmmədov dəfələrlə Nüvədi kəndinin müdafiəsində fəal iştirak edib. Buna görə də Nüvədi kəndinin fəxri vətəndaşı adına layiq görülüb.
1990-cı il yanvar ayının 11-də Ruzigar, Bəxtiyar və Abbasqulu Məmmədov keşikci dəstə ilə Çaykənd-Todan ətrafına gedirlər. Yanvar ayının 12-də döyüş başlayır. Todan-Çaykənd ərazisinin müdafiəsi qurbansız keçməyir.Abbasqulu Məmmədov həmin günü gərgin keçən döyüşdə odlu silahla yaralanır və həlak olur.Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub
Gəncə şəhəri, Vaqif küçəsi, 3-cü döngə, ev 9.