Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Neman Əli oğlu Vəliyev — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.
Neman Vəliyev | |
---|---|
Neman Əli oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Azərbaycan SSR |
Dəfn yeri |
|
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1962-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. Azərbaycan Boru Çəkilişi İdarəsinin ixtisaslaşdırılmış tikinti sahəsində mühəndis işləmişdir. İki övladı var.
Yanvarın 14-də Hacıkənd qəsəbəsindəki "Beşulduz" yaxınlığında gedən atışmalarda öz torpağını qoruyan keşikçi dəstələri iki istiqamətdən hücuma məruz qalmışdılar: yerdən və havadan. Yerdən ermənilərin silahlı dəstələrinin, vertolyotdan Qızıl Ordunun. Neman 20 nömrəli vertolyotdan odlu silahla vurulmuşdu. Həmin vertolyotdan atılan güllə Səbuhi Hacıyevi də qətlə yetirmişdir. Həmin gün xeyli adam yaralanmışdır.
Neman Vəliyev atasının qırxı günü həlak olub. Gəncədəki Səbiskar qəbiristanlığında dəfn olunub.
Gəncə şəhəri, N. Nərimanov küçəsi, ev 187.