After School

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
After School
Yayımlanma tarixi 25 sentyabr 2020
Yazılma tarixi iyun 2017 – fevral 2020
Müddət 22:17
Leybl Atlantic Records
Prodüser
Melani Martines albomlarının xronologiyası
"K-12"
(2019)
"After School"
(2020)
"Portals"
(2023)
After School albomundan sinqllar
  1. "The Bakery"
    Yayımlanıb: 25 sentyabr 2020
Videoklip
 Notebook
Videoklip
 Glued

After School — ABŞ müğənnisi Melani Martinesin 25 sentyabr 2020-ci ildə Atlantic Records tərəfindən buraxılan dördüncü mini-albomu. İfaçı eyni gün “The Bakery” adlı sinqlını da təqdim edib. Bu mini-albomdakı mahnılar sonralar “K-12”nin delüks versiyasında əlavə treklər olaraq yer alıb. Melani Martines bu dəfə əvvəlki mahnılarında canlandırdığı “Cry Baby” obrazından istifadə etməməyi seçib. Belə ki, müğənni daha çox əsl özünü və duyğularını dinləyiciləri ilə bölüşür.

Fon[redaktə | mənbəni redaktə et]

Melani Martines 2019-cu ilin sentyabrında “V” jurnalına verdiyi müsahibəsində qeyd edib ki, əvvəlki işi “K-12”də olduğu kimi yenə uşaqlıq və yeniyetməlik mövzuları haqqında mahnı çıxarmağa davam edəcək. Müğənni qarşıdan gələn musiqisində daha şəxsi tərəfini nümayiş etdirəcəyindən söz açıb.[1] Melani 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə “K-12” albomunun koseptinə oxşar olan “After School” adlı mini-albom buraxacağını bəyan edib.[2] Mini-albomun ilk olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı.[3][4] Melani bundan əlavə, daha əvvəl demişdi ki, iki albom hazırlayacaq və onların hər ikisini filmi də olacaq.[5]

Sənətçi 9 fevral 2020-ci ildə Instagram hekayəsi vasitəsilə mini-albomun yazda çıxacağını açıqladı, lakin sonra o, bunu sentyabrın 25-nə təxirə saldı.[6] Ertəsi gün, o, fevralın 10-da amerikalı repçi Tierra Whack ilə birlikdə ifa etdiyi “Copy Cat” adlı sinqlını buraxıb. Bu mahnı “After School” mini-albomuna daxil ediləcəkdi, ancaq müğənni 8 mahnının mini-albom üçün çox olacağını hesab edərək fikrini dəyişib.

Melani Martines 15 sentyabr 2020-ci ildə Instagram-da bir yuvada iki yumurta olan şəkil paylaşıb. Bu paylaşımında o, yumurtaların “iki həftəyə açılacağını” qeyd edib.[7]

Trek siyahısı[redaktə | mənbəni redaktə et]

Standard versiya
BaşlıqProdüser(lər) Müddət
1. Notebook Maykl Kinan 2:31
2. Test Me Kinan 2:55
3. Brain & Heart Kinan 3:23
4. Numbers Kinan 4:39
5. Glued Kinan 3:13
6. Field Trip Kinan 3:01
7. The Bakery Slatkin 2:34
22:17

Qeydlər

Heyət[redaktə | mənbəni redaktə et]

Musiqiçilər

  • Melani Martines – əsas ifa, mahnı yazarı (bütün treklər)
  • Maykl Kinan – mahnı yazarı, prodüser (1 və 6-cı treklər)
  • Bleyk Slatkin – mahnı yazarı, prodüser (7-ci trek)
  • Rodni Cerkins – mahnı yazarı (3-cü trek)
  • Fred Cerkins III – mahnı yazarı (3-cü trek)
  • Leşaun Deniels – mahnı yazarı (3-cü trek)
  • Kori Runi – mahnı yazarı (3-cü trek)
  • Cennifer Lopez – mahnı yazarı (3-cü trek)

Texnik

  • Rendi Merrill – masterinq mühəndisi (all tracks)
  • Mitç Makkerti – miksinq mühəndisi (all tracks)

Buraxılış tarixi[redaktə | mənbəni redaktə et]

Buraxılış formatları
Ərazi Tarix Format(lar) Leybl Ref.
Various 25 sentyabr 2020
  • Rəqəmsal yükləmə
  • Striminq
[8]
18 dekabr 2020 Vinil [9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Second Coming of Melanie Martinez". V. September 14, 2019. November 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2020.
  2. ""K-12": Melanie Martinez lançará EP com mesma temática do álbum" ["K-12": Melanie Martinez to release ep with same album theme]. Tracklist (portuqal). November 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2020.
  3. Wass, Mike. "Melanie Martinez Teases New EP, Which Is Probably Called 'After School'". Idolator (ingilis). 2020-01-08. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
  4. Kim, Madeline. "Melanie Martinez - After School". The Tartan (ingilis). 2020-02-16. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-17.
  5. "Melanie Martinez reveals plans for two more movies after K-12". PopBuzz (ingilis). 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
  6. "Melanie Martinez And Tierra Whack's 'Copy Cat' Is A Resonating Showcase Of Talents". UPROXX (ingilis). February 10, 2020. February 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2020.
  7. "Holdin' onto these eggs till they're ready to be hatched next week🐣💕". Instagram. September 15, 2020. December 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2020.
  8. 1 2 "Credits / After School EP / Melanie Martinez". Tidal. October 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2020.
  9. "After School EP (Colored Vinyl)". Melanie Martinez. September 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2020.