After School — amerikalı müğənni-bəstəkar Melani Martinesin dördüncü mini-albomu. 25 sentyabr 2020-ci ildə Atlantic tərəfindən buraxılıb. Martines, mini-albomun "daha şəxsi və Cry Baby obrazının kənarında" olduğunu bildirib.[1]
Martines 2019-cu ilin sentyabrında V jurnalına verdiyi müsahibədə əvvəlki albomu K-12-yə uyğun mahnılar buraxacağını, lakin mahnıların "daha şəxsi və daha həssas" olacağını dedi.[2] O, 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə K-12 dövrünə aid olan After School adlı mini-albom buraxacağını açıqladı.[3] Mini-albomun ilkin olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı.[4][5] Martines həmçinin daha əvvəl iki film çəkəcəyini və hər ikisinin albomlarla müşayiət olunacağını demişdi.[6]
Martines 9 fevral 2020-ci ildə Instagram hekayəsi vasitəsilə mini-albomum yazda çıxacağını bildirdi, lakin o, sonra bunu sentyabrın 25-nə təxirə saldı.[7] Ertəsi gün, fevralın 10-da o, amerikalı reper və bəstəkar Tierra Whack ilə birlikdə ifa etdiyi "Copy Cat" adlı sinqlı buraxdı. Mahnının əvvəlcə mini-albomda yer alacağı planlaşdırılırdı, lakin Martines mini-albomda 8 mahnının çox olacağını düşündüyü üçün mahnını mini-alboma daxil etmədi.
Martines 15 sentyabr 2020-ci ildə Instagram-da bir yuvada iki yumurta olan şəkil yerləşdirdi. Bu paylaşımında mini-albomun gələn həftə buraxılacağını bildirdi.[8]