Antropodermik cildləmə

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 17:18, 17 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Antropodermik cildləməinsan dərisindən hazırlanan kitab cildləmə üsuludur. Bu üsul hal-hazırda istifadə olunmasa da, XVIIXIX əsrlərdə bəzi kitabların tərtibatında geniş istifadə olunurdu.

Adətən bu cür cildləmə anatomiyaya dair elmi əsərlərdə daha çox istifadə olunurdu. Həmçinin məhkumların cinayət işlərinin nüsxələri elə öz dəriləri ilə cildlənirdi. Buna misal, 1827-ci ildə İngiltərədə baş vermiş "qırmızı anbarda qətl" hadisəsindəki materiallar edam edilmiş cinayətkar Uilyam Korderin (ing. William Corder) dərisindən cildlənib. Bəzən bu cür kitabları mərhumun razılığı və vəsiyyəti ilə də hazırlayırdılar.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]