Atropatan dazısı
Atropatan dazısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Atropatan dazısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Atropatan dazısı (lat. Hypericum helianthemoides) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir. [1]
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir. Yarımçətirlər 5-12 mm uzunluğundadır. Çiçəkaltlığı yumurtavari, 1-2 mm uzunluğunda, kənarlarından nöqtəvarı vəzili, çiçək saplağından xeylı qısadır. Kasayarpaqları elilipsvari-yumurtaşəkilli, küt uclu, 2-2,5 mm uzunluğunda, təxminən 1,5 mm enində, kənarları eyniformalı dişcikli vəzili, əsasından qəhvəyimtildir. Ləçəklər ellipsivari və ya yumurtavari, 5-8mm uzunluğunda, 3 mm enindədir. Erkəkciklər 3 dəstədədir. Yumurtalıq deməkolar ki, şarşəkillidir. Sütuncuqlar 3 və yumurtalıqdan uzundur. Qutucuq yumurtavari, 5 mm uzunluğunda, 3 mm enindədir.[2]
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Dəniz səviyyəsindən 1200 m hündürlükdə, rütubətli dağlarda, gilli daşlı torpaqlarda da bitir. Quraqlığa davamlı olmasına baxmayaraq şoran torpaqlara üstünlük verir. Çiçəkləmə-meyvə əmələgətirmə iyul-avqust aylarına təsadüf edir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Azərbaycanda arealı dardır, nadir növdür. Naxçıvan MR-da dağ yamaclarında bitir (Şahbuz kəndinin ətrafı). Əhali tərəfindən dərman bitkisi kimi yığıldığına görə təhlükə altına düşə bilən növdür. Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Dərman bitkisidir. Yaşıllaşdırılmada istifadəsi öyrənilməmişdir. Yamacların bərkidilməsində istifadəsi məqsədyönlüdür.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]
- Tofiq Məmmədov (botanik), http://dendrologiya.az/?page_id=3207 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ http://redbook.az/?options=project&id=Atropatan%20daz%C4%B1s%C4%B1[ölü keçid]
- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı: 2013