Bəxtiyar Quliyev (starşina)
Bəxtiyar Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1971 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 may 1994 (22 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə yaralanma |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | |
Döyüşlər |
Bəxtiyar Sabir oğlu Quliyev (30 avqust 1971, Şuşa, Dağlıq Qarabağ – 30 may 1994, Bakı) — Azərbaycan hərbçisi, starşina; Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Bəxtiyar Quliyev 30 avqust 1971-ci ildə Şuşa şəhərində doğulmuşdur.[1] 1988-ci ildə Şuşa şəhər 2 saylı tam orta məktəbi bitirmişdir.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
1989-cu ilin sonlarında Şuşa Rayon Hərbi Kommisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Naxçıvan MSSR-in Culfa rayonunda 1991-ci ilə qədər qulluq etmişdir. Bu müddətdə nümunəvi və peşəkar xidmətinə görə adi əsgər (10.12.1989) rütbəsindən yefreytor (01.08.1990), kiçik çavuş (29.11.1990), çavuş (22.02.1991), baş çavuş (08.05.1991) və starşina (14.11.1991) rütbələrinə qədər yüksəlmişdir.
19 aprel 1994-cü ildə Yasamal Rayon Hərbi Kommisarlığı tərəfindən Qarabağ müharibəsinə səfərbər edilmişdir. 701 saylı hərbi hissənin tərkibində döyüşmüşdür.[1]
30 may 1994-cü ildə Ağdam rayonunun Qərvənd kəndində ağır yaralanmış və helikopterlə Bakı şəhərindəki Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılsa da aldığı yaralardan şəhid olmuşdur.
Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 Bəxtiyar Quliyev (starşina) // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). VIII cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2008. səh. 178.
- 30 avqustda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Şuşada doğulanlar
- 30 mayda vəfat edənlər
- 1994-cü ildə vəfat edənlər
- 22 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan hərbçiləri
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Birinci Qarabağ müharibəsində həlak olanlar