II Fəxri Xiyaban — 1960-cı illərin sonlarında salınan və Azərbaycan xalqına xidmətdə xüsusi fərqlənən insanların bir qisminin dəfn olunduğu məzarlıqdır.[1]
Qəbiristanlıq | |
II Fəxri Xiyaban | |
---|---|
Ölkə | |
Yerləşdiyi yer | Bakı |
Status | Xiyaban |
Sahəsi |
|
40°21′41″ şm. e. 49°48′29″ ş. u.HGYO | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı illərin sonlarında salınıb. II Fəxri Xiyaban I Fəxri Xiyabandan aralıda salınıb.
II Fəxri Xiyabanın yeni hissəsi Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığına dair video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi.
2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbçisi şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda dəfn olundu. Dəfn mərasimi ictimaiyyətə qapalı oldu. Polad Həşimov və İlqar Mirzəyev II Fəxri Xiyabanın yeni hissəsində dəfn olunan birinci insanlar oldular.
2020-ci ilin avqust ayında isə Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları Fuad Nadir oğlu Məmmədov 52 yaşında, Çingiz Mustafa oğlu Məmmədov isə 69 yaşında vəfat etdi. Fuad Məmmədov və Çingiz Məmmədov II Fəxri Xiyabanın yeni hissəsində dəfn olundu.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Ordusunun hərbçilərinin II Fəxri Xiyabanda razılıq əsasında dəfn olunması aparılırdı. Xiyabdanda dəfn olunmaq məcburi əsasla aparılmırdı, ailə üzvlərinin razılığı ilə aparılıdı. 44 gün davam edən Vətən müharibəsinin 100-dən çox şəhidi II Fəxri Xiyabanda dəfn olundu.