Baloğlan Süleymanov
Baloğlan Süleymanov | |
---|---|
Baloğlan Süleyman Süleymanov oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Keçikli, Zəngilan rayonu |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Dərzili, Cəbrayıl rayonu |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Süleyman Süleymanov |
Anası | Qızxanım Süleymanova |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Süleymanov Baloğlan Süleyman oğlu (5 avqust 1960, Keçikli, Zəngilan rayonu – 25 oktyabr 1993, Cəbrayıl rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Baloğlan Süleymanov Azərbaycanın Zəngilan rayonundakı Keçikli kəndində 5 avqust 1960-cı ildə anadan olub[1]. 1975-ci ildə səkkizillik məktəbi bitirib, sənədlərini rayondakı 144 nömrəli texniki peşə məktəbinə verib. Traktorçu-maşinist diplomunu aldıqdan sonra "1 May" kolxozunda traktorçu-mühəndis, rayon rabitə qovşağında mexanik işləmişdir.
Ailəli idi. Üç uşağı yadigar qalıb.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Baloğlan Sülyemanov 1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılmışdır. Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra etmişdir. 25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Dərzili kəndində qəhrəmancasına şəhid olmuşdur.[2]
Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.
Mükafatları[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Starşina Süleymanov Baloğlan Süleyman oğlu (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir[3].
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ ATV. "Tərtərdə şəhid Baloğlan Süleymanov anılıb" (az.). Youtube.com. 01.08.2020. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
- ↑ Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 381. ISBN 978-9952-8032-5-9.
- ↑ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2022-01-06 at the Wayback Machine (az.)