Basdırılmış su
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalə qaralama halındadır. |
Basdırılmış su - keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin enməsi və yeni çökmə süxur təbəqələrilə örtülməsi nəticəsində bu sularla birlikdə gömülmüş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn sulardır. Bəzi tədqiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedimentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
Mənbə[redaktə | mənbəni redaktə et]
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.