Birbaşa xərclər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Birbaşa xərclər (bilavasitə xərclər; ing. direct costs) — konkret hədəf dəyərinə dəqiq və unikal şəkildə aid edilə bilən xərclər.

Tərifi

İngilis professoru Kolin Drurinin fikrincə, birbaşa məsrəflər konkret hədəf dəyərinə dəqiq və unikal şəkildə aid edilə bilən xərclərdir[1].

BRE-ə görə, birbaşa xərclər bir, konkret növ məhsulun, obyektin maya dəyəri ilə bağlı xərclərdir[2].

Xammal və material xərcləri

Xammal və material xərclərinə aid etmək olar:

  • istehsalatda istifadə edilən xammal və materiallar;
  • satın alınmış yarımfabrikatlar və komplektləşdirici məmulatlar, konstruksiyalar və detallar;
  • texnoloji məqsədlər üçün istifadə edilən yanacaq, su, elektrik enerjisi
  • kənar müəssisələr və müəssisənin başqa bölmələri tərəfindən görülən istehsal xarakterli iş və xidmətlər;
  • istehsal inventarı, instrumentlər.

Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olan xammal və material xərclərindən yaralı tullantıların dəyəri çıxılmalıdır.

İstehsalatda istifadə edilən xammal və materiallar aşağıdakı müxabirləşmə ilə silinir:

Nümunə
Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
Xammal və materialların silinməsi 202-1 "İstehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar" 201 "Material ehtiyatları"

İstinadlar

  1. Друри К. Управленческий и производственный учёт. Вводный курс. М.: Юнити-Дана. 2016. 24.
  2. Birbaşa xərclər  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.