Birbaşa xərclər (bilavasitə xərclər; ing. direct costs) — konkret hədəf dəyərinə dəqiq və unikal şəkildə aid edilə bilən xərclər.
İngilis professoru Kolin Drurinin fikrincə, birbaşa məsrəflər konkret hədəf dəyərinə dəqiq və unikal şəkildə aid edilə bilən xərclərdir[1].
BRE-ə görə, birbaşa xərclər bir, konkret növ məhsulun, obyektin maya dəyəri ilə bağlı xərclərdir[2].
Xammal və material xərclərinə aid etmək olar:
Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil olan xammal və material xərclərindən yaralı tullantıların dəyəri çıxılmalıdır.
İstehsalatda istifadə edilən xammal və materiallar aşağıdakı müxabirləşmə ilə silinir:
Əməliyyatın məzmunu | Debet | Kredit | Məbləğ |
---|---|---|---|
Xammal və materialların silinməsi | 202-1 "İstehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar" | 201 "Material ehtiyatları" | — |