Daryarpaq pirakanta

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Daryarpaq pirakanta
Elmi təsnifat
Beynəlxalq elmi adı

Daryarpaq pirakanta (lat. Pyracantha angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Cənubi Çindir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4 m-ə çatan, budaqları iynəli koldur. Yarpaqlarının uzunluğu 5 sm-ə qədər olub, ensiz-uzunsovdur, əsasən, küt uclu, kənarları bütöv, üstü əvvəlcə tüklü olub, sonradan çılpaqlaşır. Çiçəklərinin diametri 0,8 sm-dir və ağ rənglidir. Meyvələrinin diametri 0,6-0,8 sm olub, şar şəkillidir, narıncı və ya qırmızı rəngdədir. Toxumla çoxaldılır.

Quraqlığa davamlı, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Nəbatat bağında introduksiya edilib.

Bütün qış ərzində bitkinin üzərində qalan meyvələri bitkiyə dekorativ görünüş verir. Parklarda tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında geniş istifadə olunur.