Elvin Əlimərdanov
Elvin Əlimərdanov | |
---|---|
Elvin İlham oğlu Əlimərdanov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Xırdalan |
Dəfn tarixi | 01.12.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | İlham Əlimərdanov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | kəşfiyyatçı-snayper |
Döyüşlər |
ikinci Qarabağ müharibəsi Madagizin azad edilməsi |
Təltifləri |
Elvin İlham oğlu Əlimərdanov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Elvin Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olmuşdur.[1] Orta məktəbi Gürcüstan respublikasının Bolnisi rayonun Saraçlı kəndində bitirmişdir. Subay idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Elvin Əlimərdanov 6 oktyabr 2020-ci il tarixdə könüllü olaraq cəbhəyə yollanmışdır. O 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi zamanı 16 oktyabr 2020-ci il tarixində Suqovuşanın azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etmiş və Ermənistan ordusunun top atəşi açması nəticəsində səhid olmuşdur. Lakin Elvin Əlimərdanovun nəşi 2020-ci ilin 16 oktyabr tarixindən 1 dekabr tarixinədək tapılmamışdır. Şəhidin nəşi 1 dekabr 2020-ci il tarixində DNT analizi nəticəsində aşkar edilərək ailəsinə təhvil verilmişdir. Şəhid Elvin Əlimərdanov Xırdalan şəhər şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Elvin İlham oğlu Əlimərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) [2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.