Eyvaz Məhəmmədhəsənov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eyvaz Məhəmmədhəsənov
Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov
Doğum tarixi (66 yaş)
Doğum yeri Tolebi rayonu, Qazaxıstan
Milliyyəti azərbaycanlı

Eyvaz Məhəmmədhəsənov (Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov) — Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin regionlar üzrə müavini, Qazaxıstan Xalqları Assambleyasının üzvü[1].

Həyatı[redaktə | mənbəni redaktə et]

Eyvaz Məhəmmədhəsənov 1958-ci ildə martın 2-də Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana Jol (Yeni-Yol) kəndində çoxuşaqlı (11 uşaq olublar) ailədə dünyaya göz açıb. Həmin kənddə Panfilov adına orta məktəbdə təhsil alıb. Atası Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadı olub. Ailəsi 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məhəmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1999-cu ildə Qazaxıstanda dünyasını dəyişib. Tolebi rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib[2].

Eyvaz Məhəmmədhəsənov 1976-cı ildə hərbi xidmətini Ukraynanın Kiyev şəhərində başa vurduqdan sonra Almatı şəhərinə qayıdıb. 1991–1992-ci illərdə Almaatı Sovet Ticarəti Texnikumunda təhsil alıb. Sahibkardır[1].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 2 qızı, 2 nəvəsi var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Eyvaz Məhəmmədhəsənov Almatıda Azərbaycan diasporunun yaradıcılarından biridir. 1996-cı ildən Qazaxıstan Respublikasının Almatı şəhəri "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvüdür. 2005-ci il iyunun 1-də 5 namizəd içərisində səsçoxluğu ilə Almatı şəhər "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri seçilib.

2008-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının idarə heyətinin üzvüdür. 2008–2018-ci illərdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı şəhər şöbəsinin sədri olub. 2018-ci ildən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası sədrinin müavinidir. 2009-cu ildən Qazaxıstan Xalqları Assambleyasının üzvüdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Qazaxıstanın ən yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülüb.

  • "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" yubiley medalı (2011).
  • Qazaxıstan Xalqları Assambleyasının "Birlik" qızıl medalı (2013) .
  • "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı (2015) .
  • "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi" yubiley medalı (2016).
  • "Kurmet" (Şöhrət) ordeni (2016).
  • "Astana şəhərinin 20 illiyi" yubiley medalı (2017).
  • "Jomart-jan" (Zəngin qəlb) medalı (2019).
  • "Qazaxıstan Respublikasının Konstitusiyasının 25 illiyi" yubiley medalı (2020).
  • "Qazaxıstan Xalqları Assambleyasının 25 illiyi" yubiley medalı (2020).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Eyvaz İmamverdi oğlu Məhəmmədhəsənov" (az.). vatanpress.com. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  2. "Накануне Дня независимости страны члены Общественного объединения "Ассоциация азербайджанцев Казахстана" удостоены высоких наград" (rus). diaspor.gov.az. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]