İmamverdi Məhəmmədhəsənov (İmamverdi Kəlbi oğlu Məhəmmədhəsənov; 25 oktyabr 1925, Qızılağac – 4 sentyabr 1999, Cambul vilayəti) — kolxozçu, Sosialist Əməyi Qəhrəmanı (1948)[1].
İmamverdi Məhəmmədhəsənov | |
---|---|
Doğum tarixi | 25 oktyabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 4 sentyabr 1999 (73 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
İmamverdi Məhəmmədhəsənov 25 oktyabr 1925-ci ildə Azərbaycan SSR-in Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstan SSR-in Cambul vilayətinə sürgün olunub. 1943-cü ildə Cambul vilayətinin "Jana Jol" ("Yeni yol") kolxozunda çalışıb. Elə həmin il Sovet Ordusu sıralarına çağrılıb. Böyük Vətən müharibəsində iştirak edib. Demobilizasiyadan sonra kolxoza qayıdıb. 1946-cı ildə çuğundur əkin briqadasının rəhbəri təyin edilib[2].
1947-ci ildə İmamverdi Məmmədhəsənovun rəhbərliyindəki çuğundurbecərmə məntəqəsi 4 hektarlıq ərazidən 616 sentner şəkər çuğunduru toplayıb, ayrıca 2 hektarlıq ərazidən isə 813 sentner şəkər çuğunduru toplayıb. Bu şücaətinə görə 22 yaşında ikən SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1949-cu ildə kolxoz sədrinin müavini təyin olunub. 1956-cı ildə kolxoz sədri hazırlığı üzrə 3 illik Almatı orta kənd təsərrüfatı məktəbini fərqlənmə ilə bitirib. Sonra yenidən kolxoza qayıdaraq aqronom işləyib. 1961-ci ildə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini başa vurub. 1960-cı ildən təqaüdə çıxana kimi baş aqronom vəzifəsində çalışıb.
O, 4 sentyabr 1999-cu ildə Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana-Jol (Yeni-Yol) kəndində vəfat edib. Rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib. İmamverdi Məmmədhəsənovun 11 övladı olub. Bu gün onun övladları Qazaxıstanda müxtəlif sahələrdə çalışaraq ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında və diaspor işində fəallıq göstərirlər[3].