Gecaçan dovşanalması
Gecaçan dovşanalması | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Gecaçan dovşanalması |
||||
Beynəlxalq elmi adı | ||||
|
Gecaçan dovşanalması (lat. Cotoneaster serotinus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Vətəni Şərqi Çindir.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqları sıx tükcüklərlə örtülmüşdür, sonralar isə çılpaqlaşır və tünd qəhvəyi rəng alır. Yarpaqlarının uzunluğu 3-8 sm, eni isə 2-3 sm olub, tərs yumurtavari və ya ovaldır. Üstü tünd yaşıl rəngli, çılpaqdır, alt səthi isə açıq yaşıl, demək olar ki, ağ rənglidir. Yarpaq saplağı 7-8 mm uzunluğundadır. Çiçəkləri 6 mm diametrində olub, 6-8 sm uzunluğunda qalxan çiçəkqrupuna yığılmışdır. İyulda çiçəkləyir, toxumları oktyabrdan-fevrala qədər yetişir. Meyvələri qırmızı rəngli, tərs yumurtavaridir və 2-3 toxumludur. Toxumla çoxaldılır.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Şaxtaya və quraqlığa davamlıdır. Günəşli və yarımkölgədə bitir. Torpağa tələbkar deyil. Qumluca, gilli və ağır torpaqlara üstünlük verir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Dekorativ koldur. Park və bağlarda, küçə əkinlərində istifadə edilir.