Hamar toyçiçəyi
Hamar toyçiçəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Hamar toyçiçəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum)[1] - toyçiçəyi cinsinə aid bitki növü.[2]
Sinonim[redaktə | mənbəni redaktə et]
- Polygonatum mischtschenkoanum Greuter
- Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov
- Polygonatum ovatum Miscz. ex Tamanian
- Polygonatum pruinosum Boiss.[3]
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır.
Yarpaq[redaktə | mənbəni redaktə et]
Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır.[4]
Çiçək[redaktə | mənbəni redaktə et]
Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır. Uzunluğu 20 (24) mm-dir.
Meyvə[redaktə | mənbəni redaktə et]
Meyvələri şarşəkilli, demək olar ki, qara rəngli giləmeyvədir.
Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]
Aprel
Meyvə verməsi[redaktə | mənbəni redaktə et]
May-İyul (Avqust).
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Subalp qurşağına qədər.
Yaşayış mühüti[redaktə | mənbəni redaktə et]
Fıstıq, vələs, palıd, şam meşələrində, meşə kənarında kollar arasında, çəmənlərdə rast gəlinir.
Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]
Cavan zoğları və kökümsovu bişmiş halda yeyilir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- ↑ Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ Hamar toyçiçəyi:''The Plant List saytında takson barədə məlumat. (ing.)
- ↑ Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016