Hamar toyçiçəyi


Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum)[1] - toyçiçəyi cinsinə aid bitki növü.[2]

Hamar toyçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı


  • Polygonatum mischtschenkoanum Greuter
    • Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov
  • Polygonatum ovatum Miscz. ex Tamanian
  • Polygonatum pruinosum Boiss.[3]


Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır.

Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır.[4]

Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır. Uzunluğu 20 (24) mm-dir.

Meyvələri şarşəkilli, demək olar ki, qara rəngli giləmeyvədir.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

Aprel

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

May-İyul (Avqust).

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Subalp qurşağına qədər.

Yaşayış mühüti

[redaktə | mənbəni redaktə et]

Fıstıq, vələs, palıd, şam meşələrində, meşə kənarında kollar arasında, çəmənlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Cavan zoğları və kökümsovu bişmiş halda yeyilir.

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Hamar toyçiçəyi:''The Plant List saytında takson barədə məlumat. (ing.)
  4. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016