Hohenaker tıs-tısı
Hohenaker tıs-tısı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Hohenaker tıs-tısı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hohenaker tıs-tısı (lat. Acantholimon hohenackeri) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Qafqaz, Talış (Zuvand), Cənub-Qərbi Asiya, Cənub-Şərqi Anadolu və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir. Talışdan təsvir edilmişdir.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Diametri 25-35 sm olan, yastıqvari formalı kolcuqdur. Yastığı sıx, yarpaqları çoxsaylı, ərpli nöqtələr hesabına göyümtül və bizvari-xətlidir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 7-9 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Çiçəkaltlıqları qırmızımtıl, daxildəkilər qırmızı haşiyəlidir. Kasacığın büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı açıq qırmızıdır. May-iyun ayında çiçəkləyir, iyul-avqustda toxumları yetişir.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Kserofitdir. Dəniz səviyyəsindən 700–1500 m hündürlükdə çınqıllı yamaclarda, əhəngli torpaqlarda yaxşı bitir. Növə daha çox friqanoid bitkiliyində rast gəlinir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Naxçıvan MR-nın Şahbuz və Ordubad rayonları ərazisində təbii yayılmışdır.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Yastıqvari formasına, bol çiçəkləməsinə və çiçəklərini uzun müddət saxlamasına, çox əlvan, parlaq, ağ rəngdə olmasına görə dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.