Hohenaker tıs-tısı

Hohenaker tıs-tısı (lat. Acantholimon hohenackeri) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Hohenaker tıs-tısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqaz, Talış (Zuvand), Cənub-Qərbi Asiya, Cənub-Şərqi Anadolu və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir. Talışdan təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Diametri 25-35 sm olan, yastıqvari formalı kolcuqdur. Yastığı sıx, yarpaqları çoxsaylı, ərpli nöqtələr hesabına göyümtül və bizvari-xətlidir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 7-9 sünbülcüklüdür. Sünbülcüyü tək çiçəklidir. Çiçəkaltlıqları qırmızımtıl, daxildəkilər qırmızı haşiyəlidir. Kasacığın büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı açıq qırmızıdır. May-iyun ayında çiçəkləyir, iyul-avqustda toxumları yetişir.

Kserofitdir. Dəniz səviyyəsindən 700–1500 m hündürlükdə çınqıllı yamaclarda, əhəngli torpaqlarda yaxşı bitir. Növə daha çox friqanoid bitkiliyində rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-nın ŞahbuzOrdubad rayonları ərazisində təbii yayılmışdır.

Yastıqvari formasına, bol çiçəkləməsinə və çiçəklərini uzun müddət saxlamasına, çox əlvan, parlaq, ağ rəngdə olmasına görə dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.