Kobaltasetat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kobaltasetat
Ümumi
Kimyəvi formulu C₄H₆CoO₄[1]
Molyar kütlə 177.0217 q/mol
Təsnifatı
CAS-da qeyd. nöm. 71-48-7, tetrahidrat - 6147-53-1
PubChem
ChEBI 85138
ChemSpider

Kobalt asetat (II) Со(CH3COO)2 - sirkə turşusunun kobalt duzu. Tetrahidrat şəklində sulu məhlullardan kristallaşır - qırmızı kristallardı.

Alınması

Kobalt asetatı sirkə turşusunun kobalt asetatla СоСО3 və ya kobalt hidrokdid ilə Со(OH)2 reaksiyası zamanı almaq olar

Kimyəvi xassələri

Hiqroskopikdir. Suda (25 ° C-də 33,7%), sirkə turşusunda, izobutil və amil spirtində, amil asetatda yaxşı həll olunur, etanolda az həll olunur (25 ° C-də 0,29%). 1400 C-də kristallohidrat susuzlaşır və qismən parçalanma baş verir. Susuz kobalt asetat açıq – çəhrayi rəngdədir, sirkə anhidridinin kobalt nitrata Co(NO3)2 təsirindən alına bilər. Ozonla oksidləşərək və ya sirkə turşusunda elektroliz zamanı üç valentli kobalt asetat Со(ОСОСН3)3, əmələ gəlir. Açıq yaşıl kristallar şəklində kristallaşır və ~ 1000 C parçalanır.

Tətbiqi

Kobalt asetat boyalar, laklar, qurutma yağları, şüşə, keramika, piqmentlər, sintetik liflərin istehsalında istifadə olunur. Sənayedə kobalt asetat oksosintez katalizatorları əldə etmək üçün tətbiq olur.

Mənbə

1. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.

  1. Cobalt acetate (ing.).