Lütfəli Məlikaslanov
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. (sentyabr 2023) |
Lütfəli Məlik-Aslanov | |
---|---|
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan Respublikası |
Həyat yoldaşı | Valentina Petrovna Yermakova |
Uşaqları | Ramiz, Leyla xanım |
Atası | Süleyman bəy |
Anası | Xurşud xanım |
Elmi dərəcəsi | |
Elmi adı |
Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov (21 yanvar 1913, Tuğ - 21 oktyabr 1996, Bakı) — texnika elmləri doktoru, professor, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan SSR neft sənayesi əlaçısı.
Həyatı[redaktə | mənbəni redaktə et]
● Lütfəli Süleyman bəy oğlu Məlik-Aslanov 21 yanvar 1913-cü ildə Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyasının Tuğ kəndində qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsində anadan olmuşdur.
● Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət xadimi, dayısı Xudadat bəy Məlik-Aslanovun ailəsində böyüyüb.
● 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunu(indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Neft-mədən fakültəsini bitirmişdir.
● Böyük Vətən Müharibəsi(1941-1945) iştirakçısı.
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
● "Molotovneft" trestinin neft hasilatı şöbəsində usta, şöbə müdiri işləmişdir.
● 1945-ci ildən - VNİİTB-nin neft-mədən şöbəsinin rəhbəri olmuşdur.
● 1948-ci ildən AzETNÇİ-da işləməyə başlamış.
● 1953-cü ildə isə "Neft hasilatının texnikası və texnologiyası" laboratoriyasının rəhbəri təyin edilmiş və eyni zamanda AzSİ-da pedaqoji fəaliyyət göstərmişdir.
● 1956-cı ildə "Kollektorların neftverimi mexanizmində aralıq zonanın rolunun tədqiqi" mövzusunda namizədlik.
● 1965-ci ildə isə "Layların neftveriminin artırılması məsələləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
● Lütfəli Məlik-Aslanov neft yataqlarının işlənilməsi və layların neft veriminin artırılması sahəsində tanınmış alimdir.
● Elmi tədqiqatlar sahəsi: neftin su ilə sıxışdırılması; qeyri-bircins və uzun müddət istismar edilən laylarda neftverimi məsələlərinin tədqiqi; layın hidravlik dağıdılması; quyuların istismarı və qazılması zamanı qum təzahürü və onunla mübarizə.
● 200-dən artıq elmi məqalənin və 8 monoqrafiyanın müəllifidir. İxtiralara görə 25 müəlliflik şahədətnaməsi alıb.
Mükafatları[redaktə | mənbəni redaktə et]
● SSRİ-nin Fəxri neftçisi[1], Azərbaycan SSR əməkdar mühəndisi[2], Azərbaycanın neft sənayesi əlaçısı kimi adlara layiq görülüb.
● "Qırmızı Əmək Bayrağı"[3], "Şərəf Nişanı" [4] ordenləri ilə təltif olunub.
Ailəsi[redaktə | mənbəni redaktə et]
● Həyat yoldaşı: Valentina Petrovna Yermakova (21.01.1913,Bakı-17.12.1991,Bakı)
● Övladları: Ramiz (14.03.1942,Bakı), Leyla xanım (10.09.1946,Bakı)
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
● Məlik-Aslanovlar[+]
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
Mənbələr[redaktə | mənbəni redaktə et]
● Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA). F.24.Op.1.D.142.
● Məlik-Aslanovların soyağacı haqqında, N.A. Cavanşir Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri. İkinci Buraxılış. Bakı, "Səda" 2001, səh. 30 ISBN 5-86871-204-4
● Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, E.E.İsmaylov Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu", 2001, səh: 168-169 İSBN 9952-25-001-0
İstinadlar[redaktə | mənbəni redaktə et]
- 21 yanvarda doğulanlar
- 1913-cü ildə doğulanlar
- Tuğda doğulanlar
- 83 yaşında vəfat edənlər
- 21 oktyabrda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- Texnika elmləri doktorları
- Professorlar
- Əlifba sırasına görə alimlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar mühəndisləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- SSRİ-nin fəxri neftçiləri
- Məlik-Aslanovlar