Masaki Murata
Masaki Murata | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 29 avqust 1999[1] (24 yaş) | |||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
|||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 170 sm | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 68 kq | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
Masaki Murata (村田 聖樹, Murata Masaki?, 29 avqust 1999[1], Kavasaki[d], Kanaqava prefekturası[1]) – Azərbaycanın "Sumqayıt" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.
Klub karyerası[redaktə | mənbəni redaktə et]
Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir.[2] O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır.[2]
Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır.[2] O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir.[2] 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur.[2] Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur.[3]
2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur.[2] 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir.[4]
Milli karyerası[redaktə | mənbəni redaktə et]
Murata Yaponiyanın U-17 yığmasında çıxış etmişdir.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 Masaki Murata // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 3 4 5 6 7 "Masaki Murata – "Sumqayıt"da ilk yapon futbolçu". Arena.az (az.). 14 yanvar 2023. 31 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
- ↑ "Shkëndija-Valmiera 2-1". UEFA (ingiliscə). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
- ↑ "XX tur". PFL (az.). 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.