Masaki Murata

Masaki Murata (村田 聖樹, Murata Masaki?, 29 avqust 1999[1], Kavasaki[d], Kanaqava prefekturası[1])Azərbaycanın "Sumqayıt" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Masaki Murata
Ümumi məlumatlar
Doğum tarixi 29 avqust 1999(1999-08-29)[1] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 170 sm
Çəkisi 68 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
2018 Yaponiya Kavasaki Frontale
Klub karyerası[* 1]
2018–2020 Almaniya Ginshaym 45 (5)
2020 Almaniya Bayern Altsenau 3 (1)
2021 Yaponiya İtuano
2021–2023 Latviya Valmiera 48 (4)
2023–h.h. Azərbaycan Sumqayıt 9 (0)
Milli yığma[* 2]
2016 Yaponiya Yaponiya U-17 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir.[2] O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır.[2]

Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır.[2] O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir.[2] 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur.[2] Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur.[3]

2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur.[2] 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir.[4]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Murata Yaponiyanın U-17 yığmasında çıxış etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Masaki Murata // Transfermarkt (çd.). 2000.
  2. 1 2 3 4 5 6 7 "Masaki Murata – "Sumqayıt"da ilk yapon futbolçu". Arena.az (az.). 14 yanvar 2023. 31 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
  3. "Shkëndija-Valmiera 2-1". UEFA (ingiliscə). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.
  4. "XX tur". PFL (az.). 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]